Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 13:06

Gürcüstanda 3 azərbaycanlı tələbə yol qəzasında ölüb


Gürcüstanın Qardabani rayonunun Vaxtanqisi kəndində azərbaycanlı şagirdlərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə dünən kənddəki 1 saylı orta məktəbin məzunlarının keçirdiyi buraxılış tədbirindən sonra baş verib.

Minik avtomobili ilə mikroavtobusun toqquşması nəticəsində 9-cu sinif şagirdləri Şərqiyyə Cəfərova ilə Mənzər Xəlilova hadisə yerindəcə ölüblər.

Bayram Mahmudov isə ağır xəsarətlə xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG