Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:51
“Panorama” verilişində suallara Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu və “Azadlıq” qəzetinin redaktor müavini Rahim Hacı cavab verir

“Qoşulmamaq hərəkatı”na qoşulmaq Azərbaycana nə verir?

Mübariz Əhmədoğlu:

“Niyə görə Rusiyanın, İranın, Çinin təziqlərini üstümüzə çəkək?”

“Azərbaycan ağıllı, düşünülmüş siyasətə malik dövlətdir. Bu gün ortalığa çıxmış təhdidlərə reaksiya verməlidir. Azərbaycan hakimiyyəti xalqın təhlükəsizliyini təmin etməlidir. Bu gün hesab edir ki, bu addım atılmalıdır, bu addımı atır. İkincisi, “Qoşulmamaq hərəkatı”na qoşulmaq NATO ilə əlaqələri kəsmək deyil. NATO Azərbaycana doğru nə qədər addım atacaqsa, Azərbaycan da bu addımları cavabsız qoymayacaq. Üçüncüsü, NATO nə vaxtsa deyibmi ki, Azərbaycanı üzv görmək istəyir? Siz bilirsiniz, 95-96-ci illərdə NATO bizi rədd etdi. Nəyə görə biz bəyan etməliyik ki, belə bir quruma üzv olmaq istəyirik? Rusiyanın, İranın, lap o tərəfdən də Çinin təziqlərini üstümüzə çəkək? Bu, niyə lazımdır? Mənə lazımdır sakitlik, təhlükəsizlik. Əlimə düşən bir tikə çörəyi camaatımla yeyim. İndiki dövrdə bu addımın atılması zəruridir...”

Rahim Hacı:

“BIZ SİZİNLƏ DEYİLİK...”

“Bu, Azərbaycanın demokratik, sivil dünyadan qoparılması siyasətinin davamıdır.
Rahim Hacı

Özünüz fikirləşin. Bu, Qarabağ problemi olan bir ölkəni təkləyə bilər. Bizə qardaş olan ölkə-Türkiyə NATO-dadır. İndi 90-cı illər deyil. NATO genişlənir. Bu təşkilat faktiki Azərbaycan sərhədlərinə çatıb. Hələ üzv olmasa da, Gürcüstan faktiki NATO-dadır. Faktiki ABŞ bütün dünyada demokratikləşmə hərəkatına öncüllük edir. Azərbaycan hakimiyyəti isə bu hərəkətlə deyir ki, biz sizinlə deyilik...”

Mübariz Əhmədoğlu:

“DÜNYADA BAŞ VERƏNLƏRİN DEMOKRATİYA İLƏ QƏTİYYƏN ƏLAQƏSİ YOXDUR”

“Əslində mən arzu edərdim ki, hakimiyyət Rahim bəyin sözünü eşitsin, gedib NATO-ya üzv olaq. Çünki NATO üzvləri bir-birlərini bombalamaq hüququna malik deyirlər. İndi bombalanan ölkələr neytral ölkələrdir, o “Qoşulmamaq hərəkatı”na qoşulanlardır. İndi bu dəqiqə dünyada baş verənlərin demokratiya ilə qətiyyən əlaqəsi yoxdur. Bu, siyasətdir. Neft maraqlarına, qaz maraqlarına görə. Azərbaycan da dünyaya qaz satmaq istəyir. Bundan ötrü də Azərbaycan strateji bir qılaf hazırlamalıdır. Yəni desin ki, bu qazı Avropaya nə adla verir. Yəni hamı desin ki, Azərbaycanın Avropaya qaz verməkdə geosiyasi məqsədləri yoxdur. Niyə İranı, Rusiyanı özümüzə düşmən etməliyik?”

Rahim Hacı:

“BİZƏ TƏHLÜKƏSİZLİK ÇƏTİRİ LAZIMDIR”

“Biz özümüz heç vaxt onların qarşısında duruş gətirə bilmərik. Ona görə bizə təhlükəsizlik çətiri lazımdır. Bunu dərk etmək lazımdır. Azərbaycan çox balaca ölkədir. Yaxşı olar ki, biz dünyanın fövqəl gücü olan və insan haqlarını, demokratiyanı başlıca prioritet seçən ölkə ilə bir yerdə olaq”.

Mübariz Əhmədoğlu:

“Çox güclü çətirmiz var. Bu, Azərbaycan xalqının səviyyəsi və Azərbaycan hakimiyyətinin apardığı siyasətdir. Bu siyasət də ildən ilə uğurla davam edir. Üstəlik ABŞ, Türkiyə heç vaxt Azərbaycana deməyib ki, gəl NATO-ya üzv ol”.

Rahim Hacı:

“NATO-nun 40 tələbi var. Bura demokratiya, insan haqları və liberal iqtisadiyyatla bağlı şərtlər daxildir. Azərbaycan nə vaxt bütün bu sahələrdə islahat aparıb ki, ABŞ-da ona desin ki, NATO-ya gəl”.

Şərhləri göstər

XS
SM
MD
LG