Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:24

Rusiya Belarusa qarşı sanksiyaları məqsədəuyğun saymır


Rusiya Belarus müxalifətçilərinin məhkəməsi və həbsinə mənfi yanaşır, eyni zamanda
Avropa Birliyinin Belarusa qarşı tətbiq etdiyi sanksiyaları məqsədyönlü saymır.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

O qeyd edib ki, təcrid yox, Minsklə dialoq bu ölkədə demokratik islahatlara apara bilər.

Lavrov bunu Kalininqradda Polşa və Almaniyanın xarici işlər nazirlərilə görüşdən sonra keçirilmiş mətbuat konfransında deyib.

Dekabrın 19-da keçirilmiş prezident seçkisindən sonra Belarusda 30-dan çox müxalifətçi barəsində hökm çıxarılıb.

Onlar seçki günü Minskdə hərc-mərclik salmaqda itiham olunurlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG