Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 09:24

İran 30 nəfərlik casus şəbəkəsi aşkar etdiyini deyir


İranın kəşfiyyat nazirliyi ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən yaradılmış casus şəbəkəsi aşkar etdiyini xəbər verir.

Nazirliyin dövlət televiziyasıyla yaydığı bəyanatda ABŞ-la əlaqəsi olan 30 nəfərin həbs edildiyi bildirilir.

Bəyanatda qeyd olunur ki, onlar İranın nüvə proqramıyla bağlı olan müəssisə, institut və universitetlərdə elmi-tədqiqat məlumatları toplayırmışlar.
XS
SM
MD
LG