Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:55

Duman Ərdəm. Çağır birgə qaçaq qaranlığın qaçğın qızı


çağır birgə qaçaq qaranlığın qaçğın qızı
şıltaq bir fışqıraqla sıçrayaram pencərədən
dönəlim döngələri, burulaq buruqları
kimisi yatağında,oğurluğunda kimisi, sevişmədə ,tutuşmada
kögs gərək yolları bəlli bəlirsiz şəhərlərə
ələk vələk edək soyuğu, sazağı
qürbətini sevellənək parkların
sümsünək fəhlələrin,oturacaqlarda sabahlayan yolçuların ceblərini
tükanların sandığını
boynunu, qoynunu, biləyini qadınların, harasını?
hələ döğrudan yalnışdan nömrələr cızaq telefon kabinlərində
0914... arayın.evə gəlirik gecələr
bir qarın çay-çörəyə? tütün puluna
gəl birgə soyunaq gecələr əyyaşların, oğrəşlərin qucusunda
əpriyək udum-udum? soluq-soluq nəşə-xorlar damağında
-evlərindən qaçıblar, işdilər. bərnamə, ha ha haay
şüşəki salsın bizi görən insanlar, bülvarlar...
umudlanmayaq yaxşı olacağına hər nəyin
istərsə laxtalansın yaşam
ağarmasın, yaşarmasın, saralmasın ağaclar
gömülsün torpağa kitablar,şerlər,şüarlar
itsin qarnımızın qurultusunda inançlar
mən nəm haranın solçusu nəm haranın sağçısı
qaçqınlarçu olanmazlar
çularsa qaçanmazlar
təki susmaq var hər nəyə qarşı və inanmamaq və bağırmamaq
örnəyi ?!yenilmiş bir ağac altında gəl
sayaq narin narin gözlərimizdə yağmuru damla damla
-türk dilində neçə yağmur mahnısı var?
yumaq gözlərimizi hərnəyə
hamısını birdən söyləyək


http://www.sozunsozu.com/forum/showthread.php?t=2967

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG