Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:29

Türkiyə universitetləri magistraturasına sənəd qəbulunu başlayıb


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Türkiyə universitetlərinin magistraturasına Azərbaycanın ali təhsil müəssisələrinin bakalavriatura səviyyəsini bitirmiş və ya cari ildə bakalavriatura səviyyəsinin sonuncu kursunda təhsil alan vətəndaşlar üçün sənəd qəbuluna başlayıb.

TQDK-internet səhifəsindəki məlumata görə, həmin təhsil ocaqlarına 2011-ci il yanvarın 1-i tarixinə yaşı 27-yə çatmamış, bakalavr pilləsi üzrə orta balı 5 ballıq qiymət şkalasında 4-dən (100 ballıq şkalada - 70-dən) aşağı olmayan, 2011-ci il fevralın 20-də keçirilmiş ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsindəki nəticəsi minimal tələbi ödəyən Azərbaycan vətəndaşları qəbul oluna bilərlər.

Magistratura səviyyəsinin tələbəsi və ya məzunu olan, həmçinin hərbi xidmətdən möhləti olmayan şəxslər bu hüquqa malik deyillər.

Sənədlər mayın 23-dən iyunun 6-dək TQDK-da təşkil olunmuş Sənəd Qəbulu Komissiyasına təqdim edilməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG