Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:57

ABŞ-la İsrail arasında fikir ayrılığı var


Cümə günü Vaşinqtonda ABŞ prezidenti Barack Obama ilə İsrailin baş naziri Benjamin Netanyahu arasında görüş olub.

Barack Obama görüşdən sonra keçirilmiş mətbuat konfransında Yaxın Şərq sülh prosesində ABŞ-la İsrail arasında fikir ayrılığı olduğunu deyib.

Netanyahu isə deyib ki, İsrail 1967-ci il sərhədlərinə qayıda bilməz.

ABŞ prezidenti Baracak Obama cümə axşamı Yaxın Şərq və Şimali Afrikayla bağlı çıxışında bildirib ki, Yaxın Şərq sülh prosesi daimi sərhədləri olan 2 dövlətlə nəticələnməli və bu sərhədlər 1976-ci ildəki sərhədlərə əsaslanmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG