Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:30

Məhəmməd Rza Ləvai. Sadə yaşamım var, sevgilim


Sadə yaşamım var, sevgilim
Hər səhər açaram torpağı
Çörəyi
Suyu
Hər axşam türkün xəzər dəsmalı ilə
Silərəm əl-üzümü
Sonra üzündəki xal
Gecə qədər böyüyüb məni
Basdırar özündə
Xalında uzanıb yataram !..
Sadə yaşamım var, sevgilim
Və kasıb gözəlliyim
Dilənçilərin əlinə nar qoyaram qəlbimi
Dostlarımın beyninə ceyran əkərəm
Quş çiləyərəm
Düşmənim kölgəmdə
İnək otarar
Heç şeyə toxunmaram
Sevgililərin öpüşüdür bu qızıl gül
Anaların sinəsidir bu baxça
Ataların öyüdüdür bu torpaq
Tutalım qurd balasıyam lap
Ağzımdan durna uçar, dovşan sıçrayar
Ağac çox uca arzudur
Bir yarpağın qucağındada keçinə bilərəm
Sadə yaşamım var sevgilim…


Kultaz

Günün bütün mövzuları

XS
SM
MD
LG