Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:33
Prezident İlham Əliyev mayın 20-də Milli Elmlər Akademiyasına 5 milyon manat ayrılması haqqında sərəncam imzalayıb.

Bu pulun 2 milyon manatı Akademiyanın Mərkəzi Kitabxanasının yeni binasının tikintisinə başlamaq üçün xərclənəcək.

2 milyon manat “Akademiya şəhərciyi” ərazisində yerləşən Fizika və Geologiya institutlarının, 1 milyon manat isə Sumqayıt şəhərində yerləşən Polimer Materialları İnstitutunun binalarının əsaslı təmiri üçün ayrılır.

Sərəncama görə nəzərdə tutulan 5 milyon manat 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş prezidentin ehtiyat fondundan ayrılır.

Bu il aprelin sonunda prezident İlham Əliyev Milli elmlər Akademiyasında olarkən alimlər kitabxanının tikintisinin vacib olduğunu demişdilər.

Prezidentin ərəncamında 2 milyon manat həmin kitabxanın yeni binasının tikintisinə başlamaq üçün ayrılıb.

Amma binanın özünün ümumi qiyməti məlum deyil.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG