Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:55

AMEA Rəyasət Heyətinin yeni kitabxanasının tikintisinə 2 milyon manat ayrıldı


Milli Elmlər Akademiyasının binası

Milli Elmlər Akademiyasının binası

Prezident İlham Əliyev mayın 20-də Milli Elmlər Akademiyasına 5 milyon manat ayrılması haqqında sərəncam imzalayıb. Bu pulun 2 milyon manatı Akademiyanın Mərkəzi Kitabxanasının yeni binasının tikintisinə başlamaq üçün xərclənəcək. 2 milyon manat “Akademiya şəhərciyi” ərazisində yerləşən Fizika və Geologiya institutlarının, 1 milyon manat isə Sumqayıt şəhərində yerləşən Polimer Materialları İnstitutunun binalarının əsaslı təmiri üçün ayrılır.

Sərəncama görə nəzərdə tutulan 5 milyon manat 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş prezidentin ehtiyat fondundan ayrılır.

Bu il aprelin sonunda prezident İlham Əliyev Milli elmlər Akademiyasında olarkən alimlər kitabxanının tikintisinin vacib olduğunu demişdilər. Prezidentin bugünkü sərəncamında 2 milyon manat həmin kitabxanın yeni binasının tikintisinə başlamaq üçün ayrılıb. Amma binanın özünün ümumi qiyməti məlum deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG