Keçid linkləri

2017, 16 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 17:18

Müxalifətçilərə şərti cəza verildi


Sərt cəzalar gözləndiyi halda Belorusda keçmiş prezidentliyə namizədlərə 2 il şərti cəza verilib.

Keçmiş namizədlər Vladimir Neklyayev və Vitali Rimaşevskini prezident seçkilərindən sonra ictimai asayişi pozmaqda təqsirli biliblər.

Eyni ittihamlarla üzləşən və barələrində uzun müddətli həbs cəzasının çıxarılması gözlənən digər iki prezidentliyə namizəd Nikolay Statkeviç və Dmitri Usun məhkəmə prosesi isə təxirə salınıb. Yeni tarix də təyin edilməyib.

Keçən ilin sonu Belorusda keçirilmiş prezident seçkilərindən sonra müxalifətdən olan namizədlərin çoxu, eləcə də onlarla müxalifət fəalı həbs edilmişdi.

Bundan sonra Avropa Birliyi Belorusa münasibətini sərtləşdirmiş və onu “Şərq Əməkdaşlıq Planı”ndan xaric etmişdi.
XS
SM
MD
LG