Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:41

Dindarlarla millətçilər toqquşdu


Mayın 20-də Bolqarıstan paytaxtı Sofiyada müsəlmanlarla yerli millətçilər arasında toqquşma olub. Polisin verdiyi məlumata görə, 4 nəfər xəsarət alıb.

Hadisə Sofiyanin əsas məscidində cümə namazı vaxtı baş verib.

İfrat sağçı “Ataka” Partiyasının onlarla üzvü yürüş keçirərək şəhərin mərkəzindəki məsciddən səsucaldanlarla yayılan azan səsinə etiraz ediblər. Onlar bunu “dözülməz səs-küy” adlandırıblar.

Etirazçılar bir canamazı namaz qılandan alıb yandırandan sonra iki qrup arasında gərginlik yaranıb.

Polis bildirib ki, iki etirazçı saxlanıb. 5 polis əməkdaşı da xəsarət alıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG