Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:16

Qeyri-liberal cəmiyyətlərdə liberal islahatlar mümkündür?



«İşdən sonra» proqramında «Fridrix Nauman Fondu»nun Bakı ofisinin və «Şərq-Qərb» Araşdırmalar mərkəzinin rəhbəri Ərəstun Oruclu və «Ümid» partiyasının sədri, deputat İqbal Ağazadə bu suala cavab axtarıblar.

Ərəstun Oruclu:
Ərəstun Oruclu
- Biz burda cəmiyyət və sistem arasında bir ayırma aparmalı olacağıq. Azərbaycan cəmiyyəti ümumiyyətlə konqlomerat bir cəmiyyətdir. Bu cəmiyyətdə həm liberal dəyərlər var, onlara tolerant yanaşma mövcuddur.

Digər tərəfdən Azərbaycanda kifayət qədər mühafizəkar cəmiyyətin əlamətləri də var. Bizdə “biz tolerant xalqıq” kimi bir ifadə var. Bunun üçün də bir ayırma aparmaq lazımdır. Tutalım ki, Azərbaycan cəmiyyəti dini baxımdan, mədəniyyət müxtəlifliyi baxımından, etnik-milli məsələlərdə çox tolerant cəmiyyətdir. Amma siyasi məsələlərdə tolerant cəmiyyət deyil. Fərd və şəxsiyyət azadlıqları məsələlərində Azərbaycan cəmiyyəti qətiyyən tolerant deyil.


İqbal Ağazadə:
İqbal Ağazadə
- Şüuru, düşüncəni və bütövlükdə daxili azadlıqların inikasını cəmiyyətdə dövlət və
dövlətçilik ənənələri formalaşdırır. Azərbaycanın uzun illər müstəqil dövlət olmaması və nəticə etibarı ilə işğalda qalması insanları düşüncəsinə təsir edib və biz evdə azad insan tərbiyə edə bilməmişik.

Hər bir dönəmdə bizim evdə tərbiyə etdiyimiz insanlar qorxaq, müti, qul formasında tərbiyə olunub. Belə cəmiyyətdə birdən-birə liberal dəyərlərə hörmət edən, daxili azadlığını cəmiyyətə əks etdirə bilən və cəmiyyətdə onu doğru-dürüst təcəssüm etdirib, yaşada bilən vətəndaş formalaşdırmaq çox çətindir. Azərbaycan ziyalıları deyilən kəsim də əslində bundan fərqli olmayıb.

Verilişi tam olaraq buradan dinləyin:

XS
SM
MD
LG