Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:44

Yəmən lideri erkən seçki keçirməyə çağırır


“Biz qan tökülməsinin qarşısını almaq üçün yeni prezident seçkiləri keçirməyə çağırırıq... hamar və demokratik bir yolla”.

Bunu Yəmən prezidenti Abdulla Saleh mayın 20-də hakimiyyətyönlü qüvvələrin paytaxt Sanaa-da keçirdiyi nümayişdə bildirib.

Amma prezident erkən seçkilərin nə vaxt və necə keçirilə biləcəyi haqda detallı danışmayıb.

Son aylar ölkədə keçirilmiş kütləvi etirazlar Salehi zəiflədib.

Qərb ölkələri onun hakimiyyəti müxalifətə təhvil verməsinə çalışsalar da, belə bir anlaşma apreldən bəri iki dəfə pozulub.

Cümə günü Salehin əleyhdarları da Sanaa-da və başqa şəhərlərdə kütləvi aksiyalar keçirərək prezidenti istefa verməyə çağırıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG