Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:13

Avropa parlamentinin sədri MM-in sədri Oqtay Əsədovla görüşüb


Azərbaycanda səfərdə olan Avropa Parlamentinin sədri Yeji Buzek mayın 20-də Milli Məclisin sədri Oqtay Əsədovla görüşüb.

“Media forum” saytının məlumatına görə, görüşün media üçün açıq keçirilən hissəsində O.Əsədov Avropa Parlamentinin mayın 12-də Azərbaycanla bağlı qəbul etdiyi qətnamədən narazılığını çatdırıb. Spiker xatırladıb ki, Milli Məclis həmin qətnaməyə görə Avropa Parlamentinə etiraz müraciəti qəbul edib: “Biz Avropa Parlamentinin Azərbaycanla bağlı son qətnaməsini qeyri-obyektiv hesab edirik”.

Y.Buzek deyib ki, Azərbaycan zəngin tarixi olan, Avropa üçün çox əhəmiyyətli tərəfdaş olan bir ölkədir: “Mənim səfərim bugünlərdə keçirilən “Avroviziya” mahnı yarışmasından bir qədər sonraya təsadüf edir. Mən sizi müsabiqədəki qələbənizə görə təbrik etmək istəyirəm. Bu sizin böyük uğurunuzdur. Biz istər Avropa Parlamenti, istərsə də “Avronest” Parlament Assambleyasi çərçivəsində əməkdaşlıq fonunda çox açıq müzakirələrin, mövqelərin bölüşülməsinə tərəfdarıq”.

Görüşün bundan sonrakı hissəsi bağlı qapılar arxasında keçib.

Avropa Parlamenti 12 may qətnaməsində Azərbaycanda müxalifətin etiraz aksiyalarının dağıdılmasını pisləyib, vətəndaş cəmiyyətinin, sosial şəbəkələrin fəallarına və jurnalistlərə qarşı təzyiqlərdən dərin narahatlıq keçirdiyini bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG