Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:19

Azərbaycanın müstəqilliyinin 20-ci ildönümü ilə bağlı tədbirlər keçiriləcək


“Azərbaycanda müstəqilliyin bərpasının 20 illiyi ilə əlaqədar ən müxtəlif tədbirlər keçiriləcək”.

Trendin məlumatına görə, bunu Prezidenti Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. O əlavə edib ki, əsas tədbir prezident İlham Əliyevin iştirakı ilə keçirilən təntənəli iclas olacaq.

"Hazırda bayram proqramı hazırlanır və cəsarətlə deyə bilərəm ki, bu zəngin və maraqlı proqram Azərbaycanın unikallığı və özünəməxsusluğunun daha bir təsdiqi olacaq. Tarix baxımından 20 il elə də böyük dövr deyil, lakin bu qısa zaman kəsiyində Azərbaycan çox böyük uğurlar qazanıb, regionda ən sürətlə inkişaf edən ölkəyə çevrilib", - Əli Həsənov deyib.

Yanvarın 21-də İlham Əliyev Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü ilə əlaqədar sərəncam imzalayıb. Sərəncamda Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünün ölkədə dövlət səviyyəsində təntənəli şəkildə qeyd olunması barədə tapşırıq verilib.

Mayın 28-də Azərbaycan özünün müstəqilliyinin 20-ci ildönümünü qeyd edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG