Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:33
...Taliblərin idarə etdiyi Əfqanıstan. Maliyyəsi tükənən bir yetimxana. Yetimxananın çıxılmaz vəziyyətdə qalan direktoru...

O uşaqların qarnını doyurmaq üçün dəridən-qabıqdan çıxır.

Axırda... bir yol qalır. Bu çıxış yolu yetimxanadakı qızlardan bəzilərini bir "xeyriyyəçi" talibançının yanına göndərməkdir...

Amma direktor özünə bəraət qazandırır...

Bu roman birnəfəsə oxunur. Əfqanıstanın özü kimi dolanbac, ziddiyyətli və qəddar bir mühitdə ard-arda baş verənlər insanda yalnız bir sual doğurur.

Doğrudanmı bu ölkədə belə şeylər olur?

Əfqan əsilli Amerika yazıçısı Xalid Hüseyninin dünya bestselleri olan "Çərpələng uçuran" romanı Azərbaycan dilində də çap edildi.

Kitab “Əli və Nino” nəşriyyatında çap olunub. Kitabın tərcüməsi Bakıda Amerika Səfirliyi tərəfindən maliyyələşib. Kitabı Xədicə İsmayıl tərcümə edib.

Mayın 27-də saat 17 00-da “Əli və Nino” kitab evində (İçəri Şəhər, Qız Qalasının yanında) romanın təqdimatı olunacaq.

1970-ci ildə Əfqanıstanda dünyaya göz açan Xalid Hüseyni 1976-cı ildə ailəsi ilə birlikdə Fransanın paytaxtı Paris şəhərinə köçüb.

Xalid Hüseyni

Sonradan isə onlar ABŞ-dan siyasi mühacir kimi sığınacaq alıblar. Kaliforniya ştatının San-Xose şəhərində böyüyüb-başa çatan Xalid buradakı universitetin tibb fakültəsini bitirib.

"Çərpələng uçuran" romanıyla Amerikada və bütün dünyada məşhurlaşan yazıçı, hal-hazırda dünyanın ən çox müzakirə edilən qələm adamlarından biridir.

"Çərpələng uçuran" 2005-ci ildə ABŞ-da ilin bestselleri seçilib. Hüseyni hal-hazırda BMT-nin qaçqınlarla bağlı xoşməramlı səfiridir və o, xanımı Röya və iki uşağı ilə birgə Cənubi Kaliforniyada yaşayır.

Kitabın təqdimatına bütün kitabsevərlər və jurnalistlər dəvətlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG