Keçid linkləri

Təcili xəbərlər

Avropa olsa mahnı da olacaq!


Ən mükəmməl məntiq belə qüsurlu olur. Amma insanlar həmişə müəyyən bir məntiq hüdudlarında qalmağa məhkumdurlar – çıxışlarda, bəyanatlarda bu hüdudlar gözlənilməlidir. Bir həftə ərzində Azərbaycanda maraqlı durum yaşandı. Ölkə Almaniyada keçirilən mahnı yarışında öncül oldu. Amma elə belə qələbənin ardınca Milli Məclisdə deputatlar yenə də ikili standartlardan danışmağa, «dünyada kişlik qalmadığından» gileylənməyə başladılar. Çox təzadlı mənzərə idi. Səbəbi Avropa Parlamentinin ölkə ilə bağlı qəbul etdiyi növbəti qətnamə idi. Qəribədir, bir azca bundan əvvəl də eyni tənqidlə çıxış etmiş bir neçə beynəlxalq təşkilat da «qeyri – ciddi təşkilat» adlandırılımış və hakimiyyətin bu təşkilatların tənqidini heç nəzərə almadığı bildirilmişdi. Amma məlum olur ki, həmin təşkilatlar çox ciddidir, çünki onların iradlarını digər mötəbər təşkilatlar da təsdiq edir və belə mötəbər təşkilatlardan birini təmsil edən şəxs bu gün Bakıya gəlir. Onunla görən nə haqda danışılacaq? Siyasətdə kişilik haqda, yoxsa başqa bir mövzu tapılacaq? İş o yerə çatıb ki hər dəfə ölkəyə bir xarici qonaq təşrif buyarandan sonra kimsə həbs olunur və ya təqibə məruz qalır. Bunun günahı təbii ki, xarici qonaqlarda, həmin bu mötəbər şəxslərdə deyil. Hakimiyyətin davranışında qəribə bir inadkarlıq və tərslik var, xarici təşkilatlar, qonaqlar kiminsə azad olmasını nə qədər təkid edirsə, hakimiyyət də elə həmin inadla özünün sərt siyasətini davam etdirir. Bu nə deməkdir? Müstəqillik nümayişi, yoxsa başqa bir şey? Güman ki, çox adam bu suala birmənalı cavab verməyə çətinlik çəkərdi. Prinsipcə, hər şey aydındır, bəli, ingilis dilində danışmaq, hətta mahnı oxumaq olar, amma bu hələ o demək deyil ki, ölkənin daxili vəziyyəti də qənaətbəxşdir. Afrikada bir çox ölkələrin dövlət dili ya ingilis, ya da fransız dilidir, orta statistik afrikalı bu dillərii gözəl başa düşür, amma ölkə...

MODERNLƏŞMƏ, YOXSA DEMOKRATİKLƏŞMƏ?

Bəlkə də indi, 21-ci əsrdə bu sual bir qədər qəribə səslənir. Ona görə ki, bu iki tendensiya bütün dünyada biri – birini tamamlayır. Amma Azərbaycanda onlar biri – birinin alternativi kimi çıxış edir. Hakimiyyət nə deyir? Geyimdə Avropaya oxşayaq, onlar kimi mahnı oxuyaq, hətta müəyyən korrektələrlə elektron hökumət layihəsini qəbul edək, amma demokratiya olmasın! Onlar bu siyasətə modernləşmə deyirlər. İndi Qərbdə təhsil almış gənclərlə siyasi sistem arasında əsl ixtilaf yaranıb. Hətta cəmiyyyətin də bir kəsimi gəncləri başa düşməyə çətinlik çəkir. Amma problem nədədir? Bu gənclər niyə ölkə həyatına adaptasiya etməyə çətinlik çəkirlər? «Atalar və oğullar» problemi Azərbaycanda hansı səbəblərdən yaranır? Səbəb budur ki, bu gənclər həm modernləşməni görüblər, həm də demokratiyanı. Onlar bu iki anlayışı biri – birinə qarşı qoymur, onlar arasında seçim etmir, hər ikisini qəbul edirlər. Bir vaxt bu problemi Rusiyada təhsil almış gənclər də yaşayırdılar, onlar da az da olsa rüşvətsiz həyat görmüşdülər, insanların sosial nərdivanla «tapşırıq» olmadan irəliləməsinin şəhidi olmuşdular, ona görə də onlar öz ölkələrinə adaptasiya edə bilmirdilər. Təsadüfi deyil ki, onların bir qismi yenidən geri, Rusiyaya qayıtdı. İndi Qərbdə təhsil almış gənclərin də qarşısında bu seçki durur – geri qayıtmaq, bu siyasi sistemlə mübarizə aparmaq, yoxsa barışıb digərləri kimi yaşamaq? Bu gün Azərbaycanda yaşanan «atalar və oğullar» probleminin məğzi budur.

MAHNI FESTİVALI HAQDA DAHA BİR NEÇƏ SÖZ

40 –dan çox ölkə təmsil olunmuşdu bu festivalda. Onların mütləq çoxluğu öz inkişafına və sosial dinamikasına görə Azərbaycandan irəlidədir. Açığını etiraf edək ki, bu ölkələr Azərbaycanı özləri üçün ilk dəfə kəşf etdilər, əvvəl onun heç harada yerləşdiyini bilmirdilər. İndi bir ildən sonra bu qədər insan Azərbaycana gələcək. Onlar təkcə musiqi mədəniyyətilə deyil, sözün böyük mənasında ümumi mədəniyyətlə, o cümlədən də siyasi, ictimai mədəniyyət ilə maraqlanacaqlar, ölkənin idarə olunmasına, insanların davranışına baxıb həm də digər sferaları, məsələn, xidmət mədəniyyətini qiymətələndirməyə cəhd edəcəklər. Bir ilə böyük stadion inşa etmək də olar. Lakin bir ilə bütün sadaladığımız şeyləri yaratmaq olmaz. Bir ilə hətta modernləşmək mümkün deyil...
XS
SM
MD
LG