Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:44

BVF-nun sabiq rəhbəri zaminə buraxılıb


Seksual zorakılığa cəhddə ittiham olunan Beynəlxalq Valyuta Fondunun sabiq rəhbəri Dominique Strauss-Kahnın mayın 20-dən Nyu Yorkda ev dustaqlığı başlayıb.

Dünən məhkəmə 1 milyon dollar müqabilində onu zaminə buraxmağa razılaşıb, həbsini ev dustaqlığı ilə əvəz edib. Hərəkətini nəzarətdə saxlamaq üçün elektron avadanlıq quraşdırılıb.

Məhkəmənin qərarından bir neçə saat əvvəlsə Strauss-KahnBeynəlxalq Valyuta Fondunun icraçı direktorluğundan istefa verib.

O, ötən şənbə ABŞ-da dağ otellərinin birində gecəsi 3 min dollara qaldığı otaqda xidmətçi qadına cinsi zorakılığa görə həbs olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG