Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:36

M.Bryza anti-korrupsiya kampaniyasına cəmiyyətin dəstəyini zəruri sayır


ABŞ-ın Azərbaycandakı səfiri Matthew Bryza
ABŞ-ın Azərbaycandakı səfiri Matthew Bryza

ABŞ-ın Azərbaycandakı səfiri Matthew Bryza "Amerikanın səsi" radiosuna müsahibə verib. Müsahibəni qısa ixtisarla təqdim edirik:

Sual: Amerika-Azərbaycan münasibətlərinin əsas prioritetləri olan demokratiya, təhlükəsizlik, enerji təhlükəsizliyi sahəsində son dövrlərin uğurlu addımları nə olub?

Cavab: Azərbaycan müstəqilliyini qazandıqdan sonra çoxsaylı müsbət halları müşahidə etmək mümkündür. Buna misal olaraq daxili islahatlar, təhlükəsizlik və enerji sahəsindəki əməkdaşlığımızı qeyd etmək olar.

Daxili islahatlar sahəsində müşahidələr bir az mürəkkəb xarakter kəsb edir. Xüsusilə, iqtisadi islahatlar sahəsində Azərbaycanın uğurları sırasında Holland sindromundan qaçılmasını qeyd etmək olar. Burada neft gəlirlərinin məqsədəuyğun şəkildə xərclənməsi və Neft Fondu xüsusi rol oynayıb.

Siyasi islahatlar sahəsində müəyyən irəliləyişlərlə yanaşı, geriləmələr də olub. Jurnalistlərin və blogerlərin həm saxlanılması, həm də azadlığa buraxılması halları baş verib. Biz əlimizdən gələni etmək istəyirik ki, Azərbaycanda insanların taleyini qanunun aliliyi müəyyən etsin. Azərbaycan hökumətinin son dövrlər bəhs etdiyi və təşəbbüs göstərdiyi antikorrupsiya sahəsindəki islahatlar güclü vətəndaş cəmiyyəti tərəfindən irəliyə doğru aparılmalıdır. Bu məqsədlərə nail olmaq üçün hər gün mütəmadi və davamlı islahatlar həyata keçirilməlidir.
Daxili islahatlarda müşahidələr bir az mürəkkəb xarakter kəsb edir. Xüsusilə, iqtisadi islahatlar sahəsində Azərbaycanın uğurları sırasında Holland sindromundan qaçılmasını qeyd etmək olar.

Yeri gəlmişkən, Azərbaycanı Aurovision-2011 mahnı müsabiqəsində qələbə qazanması münasibəti ilə ürəkdən təbrik edirik. Hesab edirik ki, bu qələbə Azərbaycanın özünə inamını gücləndirəcək, artıracaq və islahatların müsbət istiqamətdə inkişaf etdirilməsi üçün müsbət bir ruh yüksəkliyi yaradacaq.

Enerji sahəsində əməkdaşlığımız göz qabağındadır. Sadəcə ətrafa baxsaq görərik ki, bu genişmiqyaslı inkişaf və tikinti işləri neft gəlirlərinin, Bakı-Tbilisi-Ceyhan kəmərinin hesabına baş verir.

Ümidvaram ki, Azərbaycan Avropanın təbii qaz təchizatının şaxələndirilməsi üzrə Avropanın xəritəsində müsbət dəyişikliklərə bir daha imkan yaradacaq.

Təhlükəsizlik sahəsində əməkdaşlığımıza nümunə olaraq Azərbaycanın koalisiya qüvvələrinə Əfqanıstan, İraq və Kosovoda göstərdiyi dəstəyi qeyd etmək olar. Bununla yanaşı, Amerika qüvvələrinin Əfqanıstandakı fəaliyyətinə Azərbaycanın köməyini qeyd etmək və buna görə minnətdarlığımızı bildirmək istərdim.

Sual: Dövlət Departamentinin hesabatlarında Azərbaycanda insan hüquqları, mətbuat, toplaşmaq azadlıqlarının pozulmasından və korrupsiya hallarından danışılır. Bu sahədəki durumla bağlı Azərbaycan hökuməti ilə müzakirələr aparılırmı, vəziyyətin yaxşılaşdırılması istiqamətində Amerika hansı köməklikləri təklif edə bilər?

Cavab: Bu məsələləri, Azərbaycanın yüksək və orta səviyyəli rəsmiləri, eyni zamanda parlamentdə müzakirə etmişik. Mən, əlbəttə vaxtımın çox hissəsini tərəfdaşlıq ruhunda Azərbaycan hökumətindən olan tərəfdaşlarımla demokratiya və insan hüquqları məsələsinin müzakirəsinə həsr edirəm. Əlbəttə, burada biz, saxlanılmış jurnalistlər və nümayişçiləri də əhatə edirik. Onu da qeyd edim ki, ATƏT-in keçirdiyi təlimlərin nəticəsində polis bu prosesdə, hətta onlardan gözləniləndən daha yüksək səviyyədə fəaliyyət sərgiləyib.

Biz fəaliyyətlərimizi tərəfdaşlıq ruhunda qurmaqla istəyirik ki, Azərbaycan öz fəaliyyəti və inkişaf istiqamətində siyasi avtoritarizmi ilə islam ekstremizmi arasında alternativ bir yol istiqamətində getsin və biz bütün fəaliyyətlərimizi bu yöndə, bu istiqamətdə qurmuşuq. Bu islahatlar, qısamüddətli baxışda bəzi insanlar üçün riskli görünsə də, uzunmüddətli perspektivdə sabitliyin bərqərar olunmasına kömək göstərir.

Azərbaycan hökumətinin antikorrupsiya kampaniyasını müsbət qarşılayırıq. Azərbaycan rəsmilərinin bu kampaniyanın ciddi xarakter daşıması, dərinləşdirilməsi və genişləndirilməsi barədə fikirlərini çox müsbət qarşılayırıq. Biz, bu təşəbbüsə və kampaniyaya dəstək göstərmək üçün əlimizdən gələni edəcəyik.
Biz fəaliyyətlərimizi tərəfdaşlıq ruhunda qurmaqla istəyirik ki, Azərbaycan öz fəaliyyəti və inkişaf istiqamətində siyasi avtoritarizm ilə islam ekstremizmi arasında alternativ bir yol istiqamətində getsin və biz bütün fəaliyyətlərimizi bu istiqamətdə qurmuşuq...

Sual: Azərbaycanda son aksiyalar zamanı baş verənlərə münasibətiniz? Aksiyalarla paralel olaraq jurnalistlərə qarşı fiziki təzyiqlər də qeydə alınır.

Cavab: 2 apreldə, birinci nümayişlərdən sonra Mətbuat Şurası bir araya gəldi, jurnalistlərlə davranış istiqamətində müvafiq metodlarla bağlı söhbətlər aparıldı və bundan sonra jurnalistlərlə davranışda müsbət dəyişikliklərin şahidi olmuşuq. Amma, əsas məqsədimiz Azərbaycanda jurnalistlərin mühafizə olunma və qorunma barəsində fikirləşməmələrinə nail olmaqdır. Düzdür, nümayişlər uzun miqyasda və geniş xarakter daşımayıb. Biz, həmişə Azərbaycanda sərbəst toplaşmaq azadlığını dəstəkləmişik və Azərbaycan hökuməti nümayəndələri ilə söhbətlərimizdə bu fikirləri daim diqqət mərkəzində saxlamışıq.

Sual: Azərbaycanın İranla bir necə yüz kilometrlik sərhədi var. Sərhədlərin bir hissəsi isə Azərbaycanın nəzarətində deyil. İrana qarşı BMT sanksiyalarının yerinə yetirilməsində Azərbaycanın yerini necə görürsünüz? O cümlədən, İranın çirkli pullarını Azərbaycandakı qurumlar vasitəsi yuma hallarına rast gəlinirmi? Bu sahədə Azərbaycan-Amerika məsləhətləşmələri nə yerdədir?

Cavab: İran məsələləri üzrə ABŞ-Azərbaycan məsləhətləşmələri və əməkdaşlığı güclüdür və müsbətdir. Azərbaycan terrorist təşkilatların maliyyələşməsi və çirkli pulların yuyulmasına qarşı fəaliyyətlərdə özünü müsbət bir tərəfdaş kimi göstərir. Bütün bunlara görə, biz ölkə prezidenti cənab İlham Əliyevə və maliyyə monitorinqi xidmətindən cənab Qasımova öz minnətdarlığımızı və təşəkkürümüzü bildiririk.

Azərbaycan maliyyə sahəsində iş planı üzrə çox böyük sürətli irəliləyiş əldə edib və bu bizim üçün böyük əhəmiyyət kəsb edir. Yəni terrorist təşkilatların maliyyələşməsinə qarşı istiqamətlər üzrə Azərbaycan digər tərəfdaşlar, digər ölkələrdən daha sürətlə fəaliyyət göstərib. Bunlar iki istiqamətdən bəhs edir ki, bunlardan birincisi bizim İranla əlaqədar əməkdaşlığımız və buradakı müvafiq fəaliyyətlər, digər bir sahə isə bir çoxlarının qiymətləndirdiyi iqtisadi islahatlardır. Amma, islahatlar sahəsində hələ gediləcək böyük bir məsafə və yol var.

Sual: Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov beynəlxalq təşkilatların, o cümlədən Amerika Birləşmiş Ştatlarının Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması prosesində ədalətli mövqe tutmadığını deyir. Sizin münasibətiniz? Münaqişənin indiyədək nizamlanmamasına əsas səbəb nədir?

Cavab: Cənab Məmmədov ABŞ-ın və şəxsən mənim çox yaxşı bir dostumdur. Eyni zamanda, o güclü bir vətənpərvərdir və belə də olmalıdır. Mən cənab Məmmədovla biz sıra məsələlərdə razılaşıram. Ancaq, bu məsələdə fikrim bir qədər fərqlidir. Öz təcrübəmdən bilirəm ki, ABŞ və Minsk qrupundan olan tərəfdaşlarımız Dağlıq Qarabağ münaqişəsinin ədalətli və sülh yolu ilə həlli istiqamətində necə səylə çalışır.

Təbiidir ki, münaqişə tərəfindən biri olan ölkənin rəsmilərini təmsil edən bir şəxs öz beynəlxalq tərəfdaşlarının daha çox fəaliyyət göstərməsini istəyir. Çox vaxt belə tənqidlər eşidirəm ki, Minsk qrupu çərçivəsində indiyədək heç nə əldə olunmayıb. Əslində isə çox böyük nailiyyət əldə olunub. Münaqişənin ədalətli və sülh yolu ilə həlli üçün ortada ədalətli təkliflər var. Sadəcə, bu təkliflərin bir az da işlənməsi tələb olunur.

Əlbəttə, tərəflər razılıq verməzsə, hər hansı razılaşmadan söhbət gedə bilməz. Yəni, burada tarazılaşdırılmış balanslı yanaşmadan söhbət gedə bilər. Bu razılaşmanın xüsusiyyəti belədir ki, hər şey barədə razılığa gəlinməyibsə, heç nə barədə razılığa gəlinməyib. Hər şey barədə razılığa gəlmək üçün isə vaxt tələb olunur. Prezidentlər baza prinsipləri barədə razılığa gəlinib yekunlaşdırılması istiqamətində xeyli irəliləyiş əldə etmişdi, sadəcə bu istiqamətdə hələ də gediləsi yol var.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG