Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:07

Kamal Dərviş BVF-ə direktorluğa ikinci əsas namizəddir


Georgia -- IMF logo, Tbilisi, 03May2011
Georgia -- IMF logo, Tbilisi, 03May2011
Strauss-Kahn Beynəlxalq Valyuta Fondunun icraçı direktoru vəzifəsindən istefa verdi.

Reuters onun yerinə əsas namizədlərin siyahısını verib.

KAMAL DƏRVİŞ (TÜRKİYƏ)

Reuters yazır ki, əgər bu vəzifəyə qeyri-Avropa ölkəsinin nümayəndəsi seçilə bilsə, ən böyük şans Kamal Dərvişdədir.

Dərviş Türkiyəni 2001-ci il maliyyə böhranından çıxarmağı ilə məşhurdur.

Dərviş 1978-ci ildə Dünya Bankında işə başlayıb.
1996-cı ildə artıq Dünya Bankının vitse-prezidenti idi.

2001-ci ildə Türkiyədə inflyasiyanın dayanmadan artdığı, lirənin dəyərdən düşdüyü, bankların dağıldığı bir vaxtda Türkiyəyə iqtisadiyyat naziri kimi qayıtdı.

Hazırda o, Vaşinqtondakı Brookings İnstitutunda Qlobal İqtisadiyyat və İnkişaf proqramının vitse-prezidenti və direktorudur.

CHRİSTİNE LAGARDE (FRANSA)

Almaniya kansleri Merkel işarə edib ki, ənənəvi olaraq BVF-nun prezidenti Avropa ölkəsindən olur, indi də belə olsa yaxşıdır, çünki Avropa ölkələrinin borc problemləri var.

Əgər yenə belə olsa, Reutersin fikrincə, ən böyük şans Fransanın maliyyə naziri Lagarde-dadır.
55 yaşlı Lagarde BVF-nun ilk qadın rəhbəri ola bilər.


Lagarde yeniyetmə olanda sinxron üzgüçülük üzrə Fransa yığmasının üzvü olub.

Financial Times onu 2009-cu ildə Avropanın ən yaxşı maliyyə naziri hesab edib.

Yeganə problem onun Fransadan olmasıdır- Çünki axırıncı 33 ilin 26-da BVF-nun rəhbəri Fransadan olub, bu da narazılıq yarada bilər ki, fondun rəhbəri vəzifəsi Fransaya bəxş edilməyib ki?! .

BVF-nun rəhbəri vəzifəsinə digər namizədlər: 53 yaşlı Axel Veber (Almaniya), 55 yaşlı Trevor Manuel (Cənubi Afrika), 46 yaşlı Mark Carney ( Kanada) və başqalarıdır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG