Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 18:54
Gələn ilin yanvarında Qəbələ Radiolakasiya Stansiyasının Rusiyaya 10 illik icarəyə verilməsinin müddəti bitir. Yerli mətbuat yazır ki, bu günlərdə icarə müqaviləsinin gələcək taleyi barədə Rusiya və Azərbaycan arasında danışıqlar başlanacaq. Hətta danışıqlar zamanı Bakı bəzi şərtlərlə çıxış edə bilər. Bu şərtlər sırasında isə icarə məbləğinin artırılması, stansiyada yerli kadrların sayının çoxalması amillər olduğu bildirilir.

AZƏRBAYCAN MÜDAFİƏ NAZİRLİYİ HƏLƏ Kİ, SUSUR

Amma bu məlumatlar hələ ki, rəsmi təsdiqini tapmır. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzadlıqRadiosuna bildirilib ki, versiyalar üzərində danışmaq istəməzdilər, bir məlumat olarsa, ictimaiyyətlə paylaşacaqlar.

Hələ 2007-ci ildə «Böyük səkkizliy»in toplantısında Rusiya ABŞ-a təklif etmişdi ki, Qəbələ RLS-dən birgə istifadə etsinlər. O zaman ABŞ bu təklifə müsbət cavab verməmişdi. Bəs indi, Rusiya ilə icarə müqaviləsinin bitdiyi bir zamanda ABŞ bu obyektdən şəriksiz istifadə etməyə maraq göstərə bilərmi? ABŞ-ın Azərbaycan səfirliyindən bildirdilər ki, onların bu məsələyə şərhləri yoxdur.

AZƏRBAYCANDA RUSİYANIN HƏRBİ VARLIĞI

Elxan Şahinoğlu

«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun fikrincə, Azərbaycana ABŞ-dan belə bir təklif olarsa və bunu dəyərləndirərsə, bu əməkdaşlığın müsbət tərəfləri ola bilər. Ən azı Azərbaycan regionda təzlükəsizliyinə təminat ala bilər. Amma müsahibimiz İran amilinin belə bir əməkdaşlığın prespektivinə kölgə saldığını düşünür. Digər tərəfdən əlavə edir ki, Qəbələ RLS müasir tələblərə cavab vermir və çətin ABŞ-ın diqqətini cəlb edə. Elxan Şahinoğlu bu obyektin heç Rusiyaya da gərək olmadığı qənaətindədir:

- Hərbi nöqteyi- nəzərdən bu obyekt Rusiyaya lazım deyil. Bundan da müasirini Krasnodar vilayətində tikib. Sadəcə, siyasi maraqları var ki, Qəbələ RLS vasitəsilə Azərbaycanda hərbi varlığını qoruyub saxlasın.

İLƏ CƏMİ 7 MİLYON İCARƏ HAQQI?

Elxan Şahinoğlunun fikrincə, bu obyekti Rusiyaya icarəyə vermək üçün Azərbaycanın maddi marağı yoxdur. Çünki icarə üçün ödənilən məbləğ az qala simvolik xarakter daşıyır. 2002-cu ildə imzalanan müqaviləyə görə, Rusiya ildə Azərbaycana 7 milyon dollar ödəyir. Müsahibimiz deyir ki, ölkəyə axan böyük neft pullarının müqabilində bu məbləğ cüzidir. Hətta məbləğ artırılsa belə, o, bu əməkdaşlığı Azərbaycanın maraqlarına uyğun saymır:

- Rusiya Ermənistanda hərbi bazalarının qalmasını uzadıb. Ona görə də düşünürəm ki, Azərbaycan Qəbələ RLS ilə bağlı müqaviləni uzatmamalıdır.

Konfliktoloq Arif Yunus isə bu hərbi obyektlə bağlı əməkdaşlığın davam edəcəyini proqnozlaşdırır. Onun fikrincə, Azərbaycan icarə məbləğini artıracaq. Hətta hansısa istəklərini də ortaya qoya və istəklərinin təminatına da nail ola bilər. Arif Yunus də hesab edir ki, köhnəlmiş texnologiyası ilə Qəbələ RLS Rusiyanın tələblərinə cavab vermir:

Arif Yunus
«BURDA SİYASİ MƏSƏLƏLƏR VAR»

- Amma burda siyasi məsələlər var, stansiya Rusiyaya Azərbaycanda daxili problemlərlə bağlı iş aparmağa imkan verir. Hər halda bu hərbi bazadır və orda 2 minə yaxın hərbi işçi var. Bu da Rusiyaya lazım gəldiyi anda hansısa işi görməyə şərait yaradır.

Yaxın günlərdə Azərbaycanın dünyada hərbi konfliktlərlə bağlı neytral ölkələr sırasına qatılacağının gözləndiyini deyən Arif Yunus əlavə edir ki, belə bir status Qəbələ RLS-nin Rusiyaya icarəyə verilməsini mümkünsüz edir. O deyir ki, yəqin, bu dəfə Qəbələ RLS-dən istifadə «elmi-tədqiqat məqsədilə istifadə» kimi qələmə veriləcək.

«AZƏRBAYCAN ÇOX CİDDİ ŞƏRTLƏR İRƏLİ SÜRMƏLİDİR»

Bəs Azərbaycan Rusiya ilə müqaviləni uzatmaqdan imtina edib Qəbələ RLS-dən özü istifadə edə bilərmi? Hər iki müsahibim bunu nəzəri cəhətdən mümkün sayır. Amma deyirlər ki, əvvala, Azərbaycanın bu hərbi obyekti işlətmək üçün kadr potensialı yoxdur. İkinci isə ölkə regionda böyük ambisiyalarla çıxış etmir.

Parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Fərəc Quliyev isə deyir ki, onda olan məlumata görə, Rusiya artıq müqavilənin vaxtının uzadılması ilə bağlı müraciət edib. Amma onun fikrincə, Azərbaycan çox ciddi şərtlər irəli sürməlidir.

Şərhləri göstər

XS
SM
MD
LG