Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:25

Vyanada Bəxtiyar Hacıyev və Cabbar Savalanla bağlı bəyanat


ABŞ Azərbaycanda ifadə azadlığı hüququnun məhdudlaşdırılmasından narahat qalmaqdadır.

Bunu mayın 19-da Vyanada ATƏT-in Daimi Şurasının iclasında çıxış edən ABŞ-ın ATƏT-dəki missiyasının müvəqqəti işlər vəkili Carol Fuller deyib. O, dünən iki il müddətinə azadlıqdan məhrum edilən Bəxtiyar Hacıyevin həbsindən narahat olduqlarını deyib.

Və bildirib ki, “Hacıyevin həbsi onun internet vasitəsilə Azərbaycanda demokratik etirazların təşkilinə çağırışlarından dərhal sonra baş verməsi hökumətin fərqli düşünən şəxsin məhkəmə sistemi vasitəsilə cəzalandırılması barədə sual yaradır. ABŞ Azərbaycanda qanunun aliliyinin möhkəmləndirilməsi və demokratik islahatların keçirlməsini dəstəkləyir və Haciyevin apellyasiyasına Azərbaycanın qanunları və beynəlxalq, o cümlədən ATƏT öhdəliklərinə əsaslanaraq baxılmasına çağırır”.

Carol Fuller həmçinin həbsdəki AXCP fəalı Cabbar Savalanlının məsələsinə də toxunub. Bildirib ki, prosedur pozuntular, onun həbsi şəraiti Savalanlının siyasi fəaliyyətinə görə həbs olunduğu narahatlığını yaradır.

“Biz Azərbaycan hökumətini və məhkəmə rəsmilərini Savalanlının məsələsini Azərbaycan qanunları və beynəlxalq öhdəliklərə uyğun həll etməyə çağırırırıq”.

ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi Dunja Mijatovicin Azərbaycanla bağlı çağırışlarını diqqətə çatdıran Carol Fuller, bir daha ABŞ-ın Azərbaycanı ifadə azadlığına, məhkəmə müstəqilliyinə hörmət etməyə çağırıb.
XS
SM
MD
LG