Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:32

Prezident Obama Şimali Afrika və Yaxın Şərq ölkələrinin xalqlarına müraciət edəcək


ABŞ prezidenti Barack Obama

ABŞ prezidenti Barack Obama

ABŞ prezidenti Barack Obamanın bu gün axşam Şimali Afrika və Yaxın Şərq ölkələrinin xalqlarına müraciəti nəzərdə tutulur. Prezident Obama «Ərəb baharı» adı ilə tanınan inqilablar barədə ölkəsinin siyasətini elan edəcək.

Prezidentin çıxışı ərəfəsində Ağ Ev rəsmiləri qeyd ediblər ki, dövlət başçısı ABŞ üçün son dərəcə vacib əhəmiyyətə malik bu regiona yeni yanaşma təqdim edəcəyini bildirirlər. Bura demorkatiya yoluna qədəm qoyan Misir, Tunis kimi ölkələrə milyardlarla dollar yardımların verilməsi də daxildir. Bu addımlar həmin ölkələrdə iqtisadi və demokratik islahatları gücləndirmək üçün nəzərdə tutulur.

1989-cu ildə kommunist rejimlərin iflasından sonra Mərkəzi və Şərqi Avropa ölkələrində baş verən prosesləri yada salan rəsmilərdən biri qeyd edib ki, indi Yaxın Şərqə də ABŞ iqtisadi sabitlik, müasirləşdirmə və islahatlar yolu ilə daha yaxşı iqtisadi idarəetmə təklif edə bilər.

ABŞ təkcə Misirə bir milyard dollar borc, daha bir milyard dollar borca da təminat verib.

Prezident Obamanın çıxışının həmçinin Ərəb-İsrail sülh prosesinə də təkan verəcəyi düşünülür. İsrail qəzetləri məlumat verirlər ki, Obamanın İsraili 1967-ci ilin sərhədlərinə çəkilməyə və Qərb Sahilində evlərin tikintisini dayandırmağa çağıracağı gözlənir.

Obama administrasiyası bu fikri inkar etsələr də qeyd ediblər ki, prezident region xalqlarına demorkatiya istəyinə nail olmaq üçün xüsusi ideyalar verəcək.

ABŞ prezidentinin çıxışı mayın 19-da Bakı vaxtilə axşam saat 20:40-da başlayacaq. Prezidentin çıxışını canlı şəkildə AzadliqRadiosunun saytında – www.azadliqradiosu.az saytında izləyə bilərsiniz. Saat 20:40-da saytda çıxışı canlı video ilə yayacağıq.

Günün bütün mövzuları

XS
SM
MD
LG