Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:44

Göyçayda ötürücü qurğulara etiraz


“Gəlib töküldülər, qonşular çıxdı, dedik ki, bura əhalinin sıx olan yeridir, körpə uşaqlar var. Onsuz da Qəbələnin şüası öldürür bizi, bir də qaldı ki, “Azercell”in maqnit şüası ilə şüalanaq”.

Bu, qonşusunun həyətinə ötürücü stansiya qurğusunun qoyulmasına etiraz edən Göyçay sakini Mehparə Eyvazovadır.

“Dünən maşın gələnə qədər qonşular yığışıb gedib onun yoldaşına da, özünə də etirazımızı bildirdik. Onlar da dedilər ki, biz o qurğunun şüa buraxdığını bilmirdik, qoydurmarıq. Bizi belə sakitləşdirdilər, dünən gördük ki, maşınlar gəldi, biz də hamımız narazılığımızı bildirdik”, - Bunu isə başqa bir rayon sakini Həqiqət Rəcəbova deyir.

NİYƏ HƏYƏTLƏRDƏ?

“Azərcell” Telecom MMC Göyçay rayonunun Səməd Vurğun küçəsindəki həyətlərdən birinə öz ötürücü stansiya qurğusunu yerləşdirmək istəyib. Bu isə həmin küçədə yaşayanların etirazına səbəb olub.

Səməd Vurğun küçəsinin sakinləri deyirlər ki, şirkət işçiləri qurğunu gətirib
Ülviyyə Həsənzadə

quraşdırmaq istəyəndə hamı küçəyə çıxıb. Onlar qurğunun ərazidən götürülməsini tələb ediblər. Narazılardan biri Ceyhun Əsgərov deyir ki, “Azərcell”in qurğu quraşdırmaq istədiyi ərazi ilə dağın arası 100-150 metrdir. Ancaq “Azərcell” işçiləri qurğunu məhz həyətlərdə quraşdırırlar ki, bunun da onun fikrincə səbəbi var:

“Dağda qurğuya növbə ilə nəzarət etmək üçün 3 işçi saxlamalıdırlar. Onlara da maaş vermək lazımdır. Ona görə də gətirib salırlar həyətlərə, camaatdır da, qoyur həyətinə, 100-200 manat da alır, deyir heç olmasa balama çörək puludur”.

O KÜÇƏ SƏNİN, BU KÜÇƏ MƏNİM

Sakinlər deyir ki, bundan bir neçə gün əvvəl türkmənlər məhəlləsi kimi tanınan küçədəki həyətlərdən birində bu qurğunu quraşdırmaq istəyiblər. Həmin küçənin sakinləri imkan vermədiklərinə görə, qurğularını Səməd Vurğun küçəsindəki 83 saylı həyətdə quraşdırmaq istəyiblər.

Azercell Telecom MMC-nin Korporativ Ünsiyyət şöbəsinin rəhbəri Ülviyyə Həsənzadə məsələ ilə bağlı AzadlıqRadiosuna bildirib ki, ötürücü stansiyaların yerləşdirilməsinin əsas məqsədi əhalini etibarlı rabitə ilə təmin etməkdir. Onun dediyinə görə, quraşdırılan stansiyalar Azərbaycan Respublikasının Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən müəyyən edilmiş Dövlət Sanitariya Norma və Qaydalarının tələblərinə cavab verir. Azercell Telecom MMC-nın qurduğu Radio Baza Stansiyası və antena üçün “Telekommunikasiya Vasitələri və Qurğularının Uyğunluq Sertifikatları” verilib. Beləliklə də, həmin RBS və antena Azərbaycan Respublikasında qarşılıqlı əlaqəli telekommunikasiya şəbəkəsinin tələblərinə uyğun olduğu təsdiq edilib.

Həmin ünvanda baş verən vəziyyətlə gəldikdə isə Ülviyyə Həsənzadə bildirir ki, stansiyanı quraşdıran əməkdaşlar heç bir halda kiminsə adından istifadə etməyiblər .Üstəlik yerli sakinlərin fikirlərinə hörmətlə yanaşaraq, stansiyanın quraşdırılmasını dayandırıblar.

“ONSUZ DA ELEKTROMAQNİT DALĞALARINDA ÜZÜRÜK”

Ekspert Azərbaycan Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov deyir ki, ötürücü stansiyalar əhalinin yaşadığı ərazilərdən kənarda və yüksəklikdə quraşdırılmalıdır.

“Biz onsuz da elektromaqnit dalğalarının içərisində üzürük.
İstənilən yerdə quraşdırırlar. O sistemin sahibləri o qədər zəngin adamlardırlar ki, onlar beynəlxalq normativləri də dəyişdirirlər. Elə bir normativ akt yoxdur ki, onlar haqqında orda hansısa bir qadağan olsun. Yüksəklikdə olmalıdır. Yer səthindən ən aşağısı 60-100 metr hündürlükdə olmalıdır. Amma bunlar ev yiyəsinə pul verib quraşdırırlar”.
XS
SM
MD
LG