Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:54

Suriya prezidenti təhlükəsizlik qüvvələrini günahlandırıb


Suriya prezidenti Bashar al Assad bildirib ki, təhlükəsizlik qüvvələri etiraz nümayişləri zamanı bir sıra səhvlərə yol veriblər.

Prezident cənubi Midan regionundan olan nümayəndə heyətilə görüşərkən təhlükəsizlik qüvvələrinin bu cür vəziyyətlərə lazımınca hazır olmadıqlarını deyib.

Bu arada verilən məlumatlara görə, bir neçə gün bundan əvvəl ordu yeridilmiş Talkalahx şəhərinin sakinləri şəhəri tərk etməkdə davam edirlər.

Onların əksəriyyəti qadın və uşaqlardır.

Avropa Birliyi ilə Birləşmiş Ştatlar Suriyanın hakim dairələrini mülki sakinlərə qarşı zorakılığı dayandırmağa çağırırlar.

Hüquq müdafiəçiləri son bir neçə həftə ərzində Suriyada yüzlərlə aksiyaçının öldürüldüyünü deyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG