Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:17

Karzai dinc sakinlərin ölümünə aydınlıq gətirilməsini tələb edib


Əfqanıstan prezidenti Həmid Kərzai NATO-dan Talukan şəhərində keçirilmiş əməliyyat zamanı 4 dinc sakinin ölümünə aydınlıq gətirilməsini tələb edir.

NATO ölənlərin hamısının müqavimət göstərən yaraqlılar, yerli sakinlər isə 2 qadın da daxil olmaqla dinc sakinlər olduğunu deyir.

Bu gün şəhərdə etiraz aksiyasına çıxmış sakinlərlə təhlükəsizlik qüvvələri arasında baş vermiş toqquşmada azı 1q nəfər ölüb, 50-dən çox adamsa yaralanıb.

Aksiyada 2 minədək sakin iştirak edib.
XS
SM
MD
LG