Keçid linkləri

Təcili xəbərlər

Mobil telefonun varsa, banka getmək lazım deyil



Mobil telefon təkcə başqası ilə ünsiyyət vasitəsi deyil.
Bununla öz bank hesabından əməliyyatlar və ya internetdən alış-veriş etmək olar.

Bazarı öyrənən TNS şirkəti dünya üzrə sorğu keçirib ki, bu məqsədlərlə mobil telefondan hansı ölkələrdə daha çox istifadə olunur.

Sorğu 43 ölkədə keçirilib. 34 min adamı əhatə edib.

Sorğuda birinci 6 yerdən 5-ini Asiya ölkələri tutub.

Cənubi Koreyada mobil telefonu olanların 38 faizi bank əməliyyatlarında və alış-verişdə mobil telefondan istifadə edir.

Sonrakı yerlərdə:

Sinqapur - 32 faiz
Honq Konq - 30 faiz
Malayziya - 25 faiz
İspaniya - 24,8 faiz
Çin - 24,6 faiz.

Müqayisə üçün, ABŞ kimi ölkədə mobil telefonu pul əməliyyatlarında istifadə edənlər 21 faizdir.

TNS şirkəti sorğudan bu nəticəni çıxarır ki, pul əməliyyatlarında mobil telefondan istifadə çox sürətlə artır və banklar buna tezliklə uyğunlaşmalıdırlar.

Ən son yazılan

XS
SM
MD
LG