Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:41

Martda batmış balıqçının cəsədi tapılıb


Martın sonlarında Xəzərdə batan balıqçının bu gün cəsədi tapılıb.

Bu barədə ANS PRESS Qaradağ rayon Polis İdarəsinə istinadla xəbər verir.

Lənkəran şəhər sakini, 53 yaşlı Həmidov Seyfullanın cəsədi Dərin Özüllər zavodunun arxasındakı qayalıqlarda aşkar edilib.

Qeyd edək ki, hadisə martın 28-də güclü külək zamanı balıqçı gəmisinin sahildən 6-10 kilometr aralıda batması nəticəsində baş vermişdi.

Həmin vaxt axtarış-xilasetmə əməliyyatları zamanı Lənkəran rayon sakini, 1977-ci il təvəllüdlü Babayev Nurid Əziz oğlu xilas edilmiş, digər Lənkəran sakini, 1957-ci il təvəllüdlü Mehbalıyev Fazil Nadir oğlunun isə cəsədi tapılmışdı.
XS
SM
MD
LG