Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:37

Ad və soyadlar...


Ələsgər Məmmədli
Ələsgər Məmmədli
«İşdən sonra» proqramında Hüquqşünas Ələsgər Məmmədli, «Ayna-Zerkalo» qəzetlərinin baş redaktoru Elçin Şıxlı və «525-ci qəzet»in baş redaktoru Rəşad Məcid ad və soyadların dəyişdirilməsi haqqında qərara münasibət bildirirlər.

Ələsgər Məmmədli:

«Ad və soyadların dəyişdirilməsi nə çətinləşir, nə asanlaşır desək doğru olmaz. Ona görə doğru olmaz ki, burda iki prosedur birləşir. Daha əvvəllər soyadın sonluqlarının dəyişdirilməsi ilə, soyadın özünün dəyişdirilməsi ayrı-ayrı prosedurlardır və soyadların dəyişdirilməsi məhkəmə qaydasında olurdu. Burda soyadların dəyişdirilməsinin məhkəmədən kənar həlli nəzərdə tutulur və bu, müsbət addımdır ki, məhkəməyə getmədən şəxslər soyadlarını dəyişdirə biləcəklər. Soyadın sonluğu ilə bağlı məqam isə burda bir qədər çətinləşir. 1992-ci ildə qəbul olunmuş qərara əsasən soyad sonluqlarını heç bir məhkəmə qərarı olmadan sadəcə şəhadətnamənin üzərində müvafiq qeydiyyat aparılmaqla dəyişdirilə bilirdi. Burda isə şəhadətnamənin üzərində dəyişiklik yox, yeni şəhadətnamənin verilməsindən söhbət gedir ki, bu daha uzun bir prosedurdur. Bu prosedurun uzun çəkməsi nəticə etibarı ilə bəzi şəxsləri bu addımı atmaqdan çəkindirə bilər».

Elçin Şıxlı
Elçin Şıxlı:

«Mən ümumən hər cür məhdudiyyətlərin tam əleyhinəyəm. Çünki biz sərbəst və azad, demokratik bir cəmiyyət qurmaq istəyirik. Özümüzə tolerant deyirik. Tolerant cəmiyyətdə isə ilk növbədə insan haqqları və hüquqlarıdır. Ona görə mən belə düşünürəm ki, mən nə ad qoymaq, soyadıma hansı sonluq götürmək istəyirəmsə, bu, mənim şəxsi işimdir. Bu da mənim haqqımdır. Sovet dövründə heç kim bu haqqı şair, yazıçı və mədəniyyət xadimlərinın əlindən ala bilmirdi. Prosedurun uzadılmağına gəldikdə isə mən burda problem görmürəm. Ona görə ki, əgər soyad sonluğu ilə bağlı qəti qərar gəlmişəmsə 5 gün, bir ay, yarım ildən sonra bunu mənə verəcəklərsə, bu yenə də bizim bürokratiyadan irəli gəlir. Əgər bir aydan sonra gəlib soruşanda hələ çatmayıb, gözlə deyirlərsə bu da o deməkdir ki, yəni sizdən rüşvət istəyirlər. Məşədi İbaddakı kimi: Məşədi, bir abbası ver sənin soyadını düzəldək. Bu sırf Azərbaycan gerçəkliklərindən irəli gəlir. Amma ola bilsin ki, prosedur qaydaları da var. bəlkə də bunun üçün bir ay lazımdır. Amma çox təəssüflər ki, Azərbaycanda hər şeyi əcaib formaya salırıq».

Rəşad Məcid
Rəşad Məcid:

«Mənə elə gəlir ki, müstəqilliyin ilk illərində bu məsələyə qayıtmaq lazım idi. Bu həm də milli kökə qayıtmaq, milli genlər, şəcərə barədə düşünmək və kim olduğunu, hardan gəldiyini dərk etmək baxımından çox vacibdir. İndi obyektiv səbəblərdən insanlar bir neçə babasından o tərəfi tanımırlar. Nəsillərinin haradan gəlib getdiyini bilmirlər. Bu baxımdan yeni soyadların yaranması öz kökü ilə maraqlandıracaq insanları. Onlar sual verəcəklər öz keçmişləri barədə. Bu həm də milli kökü araşdırmaq baxımından da zəruri olacaq».

XS
SM
MD
LG