Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:46

Əfqanıstanda NATO əleyhinə aksiya olub


Əfqanıstanda bu gün mindən çox adam NATO-nun hücumu zamanı mülki şəxslərin öldürülməsinə etiraz edib. Taloqan şəhərində keçirilən aksiya zamanı onlar öldürülən 4 nəfərin mülki şəxs olduğunu deyiblər. NATO isə bildirir ki, gecə vaxtı hücum zamanı öldürülən dörd nəfər üsyançı idi. Onların arasında iki qadın olub. NATO deyir ki, dörd nəfərin hamısı silahlı olub və onlara atəş açmağa cəhd göstərib.

Etirazçılarla polis arasında toqquşma olub. Onlar NATO-nun zastavasına daş atıblar. Yerli xəstəxananın həkimləri deyirlər ki, altı adam güllə yarasından ölüb, 30-a yaxın yaralı var.
XS
SM
MD
LG