Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:19

Ayşə Kərimova Gönən: «Jurnalist olmasaydım, aşpaz olardım!»


Ayşə Kərimova Gönən AzadliqRadiosunun Bakı bürosunda, 18 may 2011
Ayşə Kərimova Gönən AzadliqRadiosunun Bakı bürosunda, 18 may 2011
«EVLİLİK ÇOX GÖZƏL ŞEYDİR. AŞIQ OLUB, SEVİB EVLƏNMƏK İSƏ DAHA GÖZƏLDİR»

Bu sözləri AzadlıqRadiosunun «Can Bakı» proqramına Türkiyədə yaşayan telejurnalist Ayşə Kərimova Gönən söylədi.

BAKINI HANSI SƏBƏBDƏN TƏRK EDƏ BİLƏRDİM?

Bakını çox sevdiyini, onu ancaq bu şəkildə- sevdiyi insan üçün tərk edə biləcəyini deyən Ayşə xanım «gəldilər, sən mənim olmalısan dedilər və apardılar»- dedi.

Ayşə xanım getdiyi üçün bəzi dostlarının onu qınadığını da etiraf etdi: «Bu, qismətdir. Sabahını harada açacağın bəlli olmaz. Bəlkə də başqa ölkə olsaydı, bu qürbətçiliyi hiss edərdim. Amma Türkiyə olduğundan bunu hiss etdirmədilər mənə. Azərbaycandan tamam getməmişəm. Bu gün buradayam, gəlmişəm. Ailəm, dostlarım buradadır».

«İŞSİZ OTURMADIM»

Ayşə Kərimova Türkiyəyə köçdüyü 4 ildə işsiz oturmadığını da bildirdi: «Türk Hava Yolları üçün turizm ensiklopediyasını hazırladım. Türkiyə televiziyalarında layihə həyata keçirməyə girişdim, amma uğurlu olmadı». Aparıcının: «Nədən uğurlu olmadı, səbəb nə idi»- sualı belə cavablandı: «Orada televiziya jurnalistikası fərqli qavranılır. Eyni zamanda bir şou adamı olmalısan. Fərqlənməyi bacarmalısan. Bir də Türkiyə türkcəsini yaxşı bilməlisən. Öz əskikliyimi gördüm. Dedilər, Azərbaycan şivəsini qataraq danış. Onda da, iki ləhcə arasında qalmaq mənə çətin gəldi. Ruhdan düşdüm. Hələ vaxt var. Oxumağa, öyrənməyə davam edirəm».

TÜRKİYƏDƏ YAŞAMAQ ÇƏTİNDİR, ASAN?

Qonağımız Türkiyənin qarmaqarışıq bir ölkə olduğunu iddia etdi. Orada yaşamağın həm asan, həm də çətin olduğunu söylədi: «İstanbul meqapolisdir, rənglidir, insanları hiperaktivdir. Özünü yalnız hiss etmirsən. Eyni zamanda böyük xaosun içində tək qala biləcəyin yerlər var. Bu mənada asandır. Yaşamaq ekonomik şərtlərdən çətindir. Təkbaşına İstanbulda yaşamaq asan deyil. Təhlükəsizlik təminatı da yoxdur. Hər zaman başına bir iş gələ bilər».

BAKIYA İSTANBULDAN BAXANDA...

Ayşə xanım İstanbuldan baxanda Bakının çox rahat göründüyünü söylədi. «Burada mənim bir sosiallığım var, ailəmin içindəyəm. Odur ki, Bakı mənim üçün sosial statusunu itirməyəcək. Yeni gələnlər böyük inkişafın olduğunu deyirlər. Düzdür, bu inkişaf həm müsbət tərəfə, həm də mənfi tərəfədir. Bütün hallarda isə bir inkişaf gözə çarpır. Bu, çox önəmlidir. Bakı ilə İstanbulun bir oxşarlığı da var, bu da hər ikisinin dəlilər şəhəri olmasıdır. Bakını o üzdən sevirəm. Qəribə bir aurası var. Çox cəzbedicidir. O cazibə məni bura gətirir».

BİR KİTAB HAZIRLADIM

Kitabın çap mərhələsində olduğunu deyən qonağımız «Qanun» Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğluna minnətdarlığını bildirdi: «Türk mətbəxinə aid çalışmalarım var idi. Şahbaz bəy bunu kitab kimi çap eləyə biləcəklərini dedi. Dünya mətbəxinin də yer aldığı, amma daha çox türk yeməklərinin tərifləridir. Praktik bilgiləri paylaşmışam. Türkiyədə istifadə olunan səbzələrin dilimizdə qarşılığını vermişəm».

JURNALİST OLMASAYDIM...

Ayşə xanım mətbəxə inanılmaz dərəcədə bağlı olduğunu bildirdi. «Jurnalist olmasaydım, aşpaz olardım. Bu yolda daha irəli getməyi düşünürəm. İndi Çin mətbəxinin sirlərini öyrənmək istəyirəm. Kursa getmək fikrim var. Mətbəx bir dünyadır. Çox zövqlü bir şeydir. Həm əyləncəli, həm romantik, həm də erotikdir. İnanılmaz dərəcədə ləzzət alıram».

MƏCBURİYYƏT SEVGİYƏ, SEVGİ HOBBİYƏ ÇEVRİLDİ

Bütün bunları evlilik dönəmində mətbəxə məcburiyyətlə girərək qazandığını söyləyən qonağımız: «sonra məcburiyyət sevgiyə, sevgi də hobbiyə çevrildi. İndi qonağım olmayanda da fərqli bir şey hazırlamağa başlayıram»- deyə əlavə etdi. «Yaradıcılıq həzzi duyuram. Təkcə zövq deyil, dad hissi də var. Qulağa xoş gələn səslər var. Məsələn, əti tavaya atdığın zaman, soğan qovurduğun anda çıxan səslər və s».

AZƏRBAYCAN MƏTBƏXİNDƏ İDDİALI DEYİLƏM

Ayşə xanım hələ öz mətbəximizlə bağlı iddialı olmadığını söylədi:
«Azərbaycan mətbəxini Türkiyədə tanıtmaq istəyirəm. Bizim mətbəxdə isə bişirmədiyim çox şey var. Amma indi çıxan kitabımda hər şeyi bişirib yazmışam. Kitabın adı «Ayşənin mətbəxi» olacaq. Şahbaz bəy təklif etdi, mən də razılaşdım».

- Ayşə Kərimova Gönən Azərbaycan mətbəxindən ən çox hansı yeməyi bişirmək arzusundadır?
- Hansı bölgənin yeməklərini «necə lazımdır hazırlamağı» öyrənmək istəyir?
- Ayşə xanımın həyat yoldaşı onun bişirdiyi yeməkləri bəyənirmi? Qonağımız bu sualı hansı misalla cavabladı?
- Ayşə xanım Türkiyədə Azərbaycanla bağlı hansı toplantılara qatılır? Niyə bəzi təşkilatları pərakəndə işləməkdə suçladı?
- Ayşə Gönən köşə yazılarını niyə dayandırdı?
- Qonağımız AzadlıqRadiosunun Bakı bürosunun studiyasında canlı yayımda çoxdan görmədiyi bir dostunu görüncə nələr yaşadı?

«Can Bakı» qarşınızdadır.

XS
SM
MD
LG