Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:13

Deputatlar Arif Hacılını zaminə götürmək istəyirlər


Mayın 18-də Müsavat Partiyasının qərargahında 2 aprel aksiyasında tutulan şəxslərin Hüquqlarını Müdafiə Komitəsinin üzvləri mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, Komitənin sədri Vidadi Mirkamal həbslərin siyasi xarakter daşıdığını, həmin şəxslərin dərhal azadlığa çıxmalı olduğunu deyib.

Komitə təmsilçisi Vaqif Hacıbəyli isə bildirib ki, sabiq və indiki deputatlardan A. Hacılının zaminə götürülməsi üçün müraciət olunub. APA-nın məlumatına görə, indiki deputatlardan İqbal Ağazadə və Sabir Rüstəmxanlı ayrı-ayrılıqda müraciət ediblər ki, A. Hacılını zaminə götürmək istəyirlər.
XS
SM
MD
LG