Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:24

İranda saxlanan jurnalist sərbəst buraxılıb


İran hakimiyyəti tərəfindən saxlanan Əl-Cəzirə telekanalının müxbiri Dorothy Parvaz sərbəst buraxılıb.

Ötən ay Suriyadakı hadisələri işıqlandırmaq üçün ora gedən Kanada, ABŞ və İran vətəndaşı olan Dorothy Parvaz itkin düşmüşdü. Suriya hakimiyyəti ölkəyə girməyə cəhd edən zaman onu İrana ekstradisiya edib. Çünki Dororhy Parvazda İran pasportu olub.

Mayın 17-də İran hakimiyyəti onun "pozuntulara yol verdiyini" təsdiqləyib, amma saxlandığını təsdiqləməyib.

Qətərdə yerləşən Əl-Cəzirə telekanalı bu gün təsdiqləyib Parvaz İrandan Dohaya gəlib. O, özünü yaxşı və sağlam hiss edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG