Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:19

Gizli ticarət, deputatların «Eurovision» sevinci və...


Mətbuat icmalı
Mətbuat icmalı
DÖVLƏTDƏN GİZLİ TİCARƏT...

«Bizim Yol» qəzeti ölkəyə gətirilən 14.2 milyard dollarlıq malın gömrükdə qeydiyyata alınmadığını yazır. Ən böyük kənarlaşmanın Türkiyə, daha sonra Rusiya və İranla olduğunu qeyd edir:

«İqtisadi Tədqiqatlar Mərkəzi 16 ölkə üzrə idxal əməliyyatlarında qeydiyyata alınmayan milyonları hesablayıb. Məlum olur ki, bütövlükdə gizli idxalın həcmi 14 milyard 200 milyon dollardan çoxdur. Son illər ən çox kənarlaşma 2008-ci ildə qeydə alınıb. Belə ki, həmin il 16 ölkə ilə idxal əməliyyatlarında kənarlaşma 3 milyard 52 milyon 400 dollar təşkil edib ki, bu da Dövlət Statistika Komitəsi tərəfindən rəsmi olaraq elan edilmiş idxalın 43 faiz, 16 ölkə üzrə idxalın isə 54.7 faizi qədərdir».

PARLAMENTİ BİR-BİRİNƏ VURAN NƏ OLDU?

«Azadlıq» qəzeti Milli Məclisin mayın 17-də keçirilən iclasında Avropa Parlamentinin Azərbaycana dair qətnaməsinin tənqidlə qarşılanmasının səbəblərini araşdırır.

Qəzet siyasi ekspert Rahim Hacıyevə istinadla yazır ki, «hakimiyyət dairələrinin Avropa Parlamentinin qətnaməsinə isterik münasibəti hakimiyyət üçün vəziyyətin çox pis olmasından xəbər verir. Artıq hakimiyyət dairələri başa düşür ki, Avropa İttifaqı ABŞ-ın dəstəyi ilə Azərbaycanla bağlı çox ciddi addımlar atır. Qəbul olunmuş qətnamə, Avropa Parlamenti rəhbərinin və Xarici Məsələlər üzrə Ali Komissar Ketrin Eştonun Bakıya gözlənilən səfərləri bu qurumun Azərbaycana xüsusi önəm verdiyini göstərir. Azərbaycan hakimiyyəti ənənəvi üsula əl atır. Müraciətdən də görünür ki, hakimiyyət, hətta Avropa Birliyi ilə əməkdaşlıqdan imtina etməyə hazırdır».

«KORRUPSİYAYA QARŞI MÜBARİZƏ SAHƏSİNDƏ TƏDBİRLƏR DAVAM EDİR»

«Azərbaycan» qəzeti
yazır ki, korrupsiyaya qarşı mübarizə çərçivəsində son aylar ərzində bir sıra mühüm normativ hüquqi aktlar qəbul edilir, zəruri institusional tədbirlər həyata keçirilməkdədir.

MİLLƏT VƏKİLLƏRİ «EUROVİSİON» BARƏDƏ DANIŞIB

«Yeni Azərbaycan» qəzeti yazır ki, «Eurovision-2011» mahnı müsabiqəsində Azərbaycanın qələbəsi deputatlar tərəfindən də böyük sevinclə qarşılanır:

«Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi, millət vəkili Əli Əhmədov hesab edir ki, Azərbaycanın «Eurovision» mahnı müsabiqəsində qalib gəlməsi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasına da xidmət edəcək. Əli Əhmədov deyib ki, «Eurovision» müsabiqəsindəki qələbə Azərbaycanın böyük uğurları içərisində əhəmiyyətli mərhələ kimi qeyd oluna bilər: «Azərbaycan ifaçılarının yüksək professionallığı qeyd olunmalıdır. O ki qaldı ayrı-ayrı ölkələrin Azərbaycana simpatiyasının özünü göstərməsinə, hesab edirəm ki, bu, qürur hissi ilə bildirilməlidir».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG