Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:59

Hərbçi yoldaşını öldürən əsgər özü də intihar edib


Azərbaycan ordusunun kiçik çavuşu əsgər yoldaşını qətlə yetirib, sonra isə özünü öldürüb. Xəbəri “Trend” agentliyi yayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev “Trend”ə açıqlamasında məlumatı təsdiqləyib. O bildirib ki, mayın 17-də Naxçıvandakı N saylı hərbi hissədə xidmət edən kiçik çavuş, 19 yaşlı Əliyev Elvin Əkbər oğlu əsgər yoldaşı, 19 yaşlı Abdullayev Tofiq Madar oğlunu qətlə yetirib. Elvin Əliyev sonra özünü öldürüb.

Elvin Əliyev Ordubad, Tofiq Abdullayev isə Şərur Rayon Hərbi komissarlığından hərbi xidmətə çağırılıblar.

Qətlin səbəbləri araşdırılır. Faktla bağlı hərbi prokurorluqda cinayət işi başlanıb, istintaq aparılır.
XS
SM
MD
LG