Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 19:19

“Çevriliş cəhdi haqda yazılanlar mənə inandırıcı gəlir”


“Düşünürəm ki, Türkiyədə əvvəllər də hərbi çevrilişlər baş verib və bu yaxınlarda da belə cəhdlər olub.

Belə hərbi çevriliş cəhdləri haqda Türkiyə qəzetlərində təfərrüatı ilə oxuduqlarım mənə inandırıcı görünür.

Mən hakim deyiləm. Sadəcə adi bir vətəndaş kimi fikrimi deyirəm. Məncə türk xalqı da baş verənlərin gerçək olduğuna əmindir”.

Nobel mükafatlı türk yazarı Orxan Pamuk bu fikirləri Amerikanın PBS telekanalının “Charlie Rose Show” proqramında yayınlanan müsahibəsində səsləndirib.

“Çox yaxşı haldır ki, hakimlər və prokurorlar bu işi araşdırırlar... Mən buna ciddi yanaşıram”.

Pamuk bildirib ki, ordunun siyasətə müdaxiləsinin azaldılması baş nazir Ərdoğanın ən böyük uğurudur.

"Mən ordunun rolunun azalmasına sevinirəm. Amma bu eyni zamanda bəzi insanlarda dünyəvi sistemin gələcəyi ilə bağlı narahatlıq yaradır".

Hazırda Türkiyədə “Ergenekon” işi ilə bağlı onlarla hərbçi, o cümlədən general həbsdədir. Onları hökuməti yıxmaq cəhdində günahlandırırlar. Bunun motivi kimi millətçi qüvvələrin Ərdoğanın islamçı köklərə malik Ədalət və İnkişaf Partiyasını Türkiyənin dünyəvi dövlət quruluşuna təhlükə kimi görməsi göstərilir.

Həbs edilənlərə qarşı irəli sürülmüş ittihamlarda iddia edilir ki, Pamukun da adı “Ergenekon”un qara siyahısında öldürülməli şəxslər arasında olub.

Pamuk Türkiyədə minlərlə erməni və kürdün öldürüldüyünü dediyi üçün bir neçə il əvvəl cəmiyyətdəki millətçi bölümün nifrətinə tuş gəlmişdi.

Yazıçı hesab etmir ki, AKP hakimiyyətə gələndən sonra Türkiyədə dindarların sayı kəskin artıb. Onun sözlərinə görə, Türkiyədə daha çox qadının baş örtüyü taxması haqda fikirlər də ölkənin getdikcə daha dindar olması ilə bağlı nəticə çıxarmağa əsas vermir.

Pamuk hesab edir ki, türk qadınlarının 75 faizi baş örtüyünə siyasi rəmz kimi baxmır. Təbii olaraq özü də baş örtüyü taxardı.

Amma onun fikrincə, bütün hallarda, “hər kəsə istədiyi kimi geyinmək imkanı yaradılmalıdır. Ordu bizə deməməlidir ki, əgər universitetə, yaxud xəstəxanaya daxil olursansa, baş örtüyünü çıxar”.

Yazıçı Türkiyənin getdikcə öz siyasi kursunu dəyişməsi, Yaxın Şərq ölkələri ilə daha yaxın münasibətləri olan bir İslam cəmiyyətinə çevrilməsi ilə bağlı fikirləri qəbul etmir.

Onun fikrincə, sadəcə, Tütkiyə gedikcə həyat tərzi və mədəniyyət baxmından daha zəngin və tutumlu cəmiyyətə çevrilir.

Amma onun fikrincə, Türkiyənin Avropaya inteqrasiya sürəti də “bir az asta”dır.

Pamuk deyib ki, Avropa Birliyinin Türkiyəylə ikinci dərəcəli dövlət kimi davranması haqda türk cəmiyyətində geniş yayılmış narazılığı anlayır, amma onun fikrincə, bu, Türkiyənin acıq edərək Avropadan üz döndərməsinə, Yaxın Şərqə üz tutmasına əsas verməməlidir.

Yazıçı Türkiyədə mətbuat azadlığı ilə bağlı problemlərdən də danışaraq hazırda çoxlu sayda jurnalistin həbsdə olduğunu deyib.

O xatırladıb ki, Türkiyənin ən sevimli siyasətçiləri - mərhum baş nazir Bülənt Ecevit və keçmiş prezident Süleyman Dəmirəl özləri vaxtilə həbsə atıldıqları halda hakimiyyətə gələndən sonra söz azadlığının güclənməsi üçün heç bir islahat aparmayıblar.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG