Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:13
Mayın 17-də 200 nəfərdən artıq şəxs Sabirabad rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin qarşısına toplaşıb. Onlar ünvanlı sosial yardımın gecikdirilməsinə, yardım almaq üçün sənədlərinin qəbul olunmamasına və başqa problemlərə etiraz ediblər. Bu barədə AzadlıqRadiosuna Sabirabad rayon sakinləri məlumat veriblər. Rayon sakini Elçin Səfərov bildirib ki, şikayətçilər iki gündür Sosial Müdafiə Mərkəzinin qarşısına toplaşsalar da, problemlərini dinləyən yoxdur.

«HAMI YARDIM ALMAQ İSTƏYİR»


Sabirabad rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktor əvəzi Əli Məmmədli AzadlıqRadiosuna deyib ki, binanın qarşısına toplaşanlar ünvanlı sosial yardım üçün sənəd təqdim etmək istəyənlər olub: «Hamı yardım almaq istəyir, elə adamlar var ki, onlara yardım düşmür, onlar da sənəd təqdim edirlər. Qəbul etməyəndə də narazılıq yaranır. Mərkəzin qarşısında da buna görə yığışıblar. Axırda məcbur olub hamısının sənədini götürdük, dağılışıb getdilər».

Sakinlər polis əməkdaşları ilə onların arasında toqquşma olduğunu və bir neçə nəfərin polis şöbəsinə aparıldığını bildiriblər. Sabirabad rayon Polis Şöbəsinin növbətçi hissəsindən Sosial Müdafiəsi Mərkəzinin qarşısına iki gündür ki, xeyli adamın toplaşdığını bildirsələr də, insident baş verməsini və kiminsə polis şöbəsinə aparılmasını təsdiqləməyiblər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG