Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:52
Mayın 17-də Gəncə şəhərində, Avtozavod adlanan ərazidə qətl hadisəsi baş verib. Kəpəz rayon Polis Şöbəsinin sahə müvəkkili, polis kapitanı İnqilab Sadıqov onunla birgə xidmətdə olan polis çavuşu Mehdi Həsənovu qətlə yetirib. Bu barədə AzadlıqRadiosuna Gəncə Şəhər Prokurorluğundan məlumat verilib.

Prokurorluqdan bildiriblər ki, İnqilab Sadıqovla Mehdi Həsənov yaxın qohum olublar, qətlə səbəb aralarındakı şəxsi münaqişə olub.

Faktla bağlı Gəncə şəhər Prokurorluğu tərəfindən 120.1-ci maddəsi ilə (Qəsdən adam öldürmə) cinayət işi başlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG