Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:27

“Şəffaf açar” və “Paslı Qıfıl” mükafatları təsis edildi


Arxiv şəkil

Arxiv şəkil

DÖVLƏT QURUMLARI SAYTLARINDA NƏLƏRİ GİZLƏDİRLƏR?

17 May Ümumdünya İnformasiya Azadlığı Gününü üçün Media Hüququ İnstitutu özünün hazırladığı “Dövlət qurumlarının Onlayn Şəffaflıq hesabatı” təqdim edib.
48 dövlət qurumunun internet saytının monitorinqini apardığını bildirən İnstitut bəzi irəliləyişlərin olduğunu qeyd edir.

Bununla belə, dövlət qurumlarının saytları arasında ən yüksək açıqlıq göstəricisi 53 faizdir. Yəni ən yüksək nəticə göstərən dövlət qurumu onda olan informasiyaların yarıya qədərini internet saytı üzərindən açıqlayıb.

Sənədə görə dövlət qurumlarının əksəriyyətində ümumi statistik bilgilər var. Amma büdcə məlumatları, kadr təminatı barədə məlumatlar vermirlər: “Dövlət qurumlarının 80 faizindən çoxu büdcə, onun xərclənməsinə dair informasiyaları sayta daxil etməyiblər. Yalnız Hesablama Palatası büdcəyə dair informasiyaları açıq tutub” – deyə sənəddə qeyd edilir.

Media Hüququ İnstitutunun koordinatoru Xalid Ağaliyev ötən illə müqayisədə bəzi qurumların saytlarının nəzərəçarpacaq inkişaf etdiyini bildirib: ”2010-cu ildə Baş Prokurorluğun saytı reytinq sıralamasında 20-ci idi. Ancaq bu il 2-ci yerə yüksəlib.

Dövlət Miqrasiya Xidmətinin, Hesablama Palatasının saytları da ciddi irəliləyişlər əldə ediblər. Vergilər, Daxili İşlər, Rabitə və İnformasiya Texnologiyaları, İqtisadi İnkişaf nazirliklərinin, Dövlət Sosial Müdafiə Fondunun, Məhkəmə-Hüquq Şurasının, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin, Dövlət Neft Fondunun saytları da inkişafa yönəlib.

Ancaq mütləq vurğulanmalıdır ki, əksər dövlət qurumları xüsusilə büdcə vəsaitlərinin xərclənməsi ilə bağlı bilgilərin qapalı tutulmasına meyllidir”.

DÖVLƏT QULLUĞU KOMİSSİYASI SAYTINA GÖRƏ DİPLOM ALDI

Xalid Ağaliyev internet saytların monitorinqinin reytinq sıralamasını elan edib. Həmin sıralamaya görə, Prezident Yanında Dövlət Qulluğu üzrə Dövlət Komissiyasının saytı birinci, Baş Prokurorluğun saytı ikinci, Vergilər Nazirliyinin saytı isə üçüncü olub. Üçlüyə daxil olan qurumların nümayəndələrinə diplomlar təqdim edilib. Reytinq cədvəlinin son pillələrini isə Nazirlər Kabinetinin, Milli Təhlükəsizlik və Sənaye və Energetika Nazirliklərinin saytları tutub.

Media Hüququ İnstitutu növbəti monitorinqdən etibarən öncül qurumlara “Şəffaf açar” sonunculara isə “Paslı Qıfıl” mükafatlarının veriləcəyini bildirib.
XS
SM
MD
LG