Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:14

"Terminator" nikahdan kənar uşağı olduğunu etiraf edib


Kaliforniya ştatının keçmiş qubernatoru Arnold Schwarzenegger etiraf edib ki, onun 10 il qabaq nikahdan kənar uşağı doğulub.

Keçmiş qubernator bunu Los Angeles Times qəzetinin suallarına cavab olaraq verdiyi bəyanatda bildirib.
O deyir ki, qubernator kürsüsünü tərk etdikdən sonra hər şeyi həyat yoldaşına və uşaqlarına danışıb və onlardan üzr istəyib.

63 yaşlı Arnold Schwarzenegger və onun həyat yoldaşı Maria Shriver ayrıldıqlarını keçən həftə elan ediblər.

LA Times qəzeti yazır ki, “Terminator”un kənardakı uşağı 20 ildən çox onun evində işləmiş qadındandır. Həmin qadın bu ilin yanvarında işdən çıxıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG