Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:16

İlk təmsilçilər «Eurovision» qalibiyyəti haqda...


Samir Cavadzadə
«İşdən sonra» proqramında bəstəkar Vüqar Camalzadə və Azərbaycanın bu müsabiqədə ilk təmsilçilərindən biri Samir Cavadzadə «Eurovision» qalibiyyətindən danışırlar

Samir Cavadzadə:

«Biz elə ilk dəfədən qalib kimiyik. Çünki bizi bir o qədər də tanımırdılar. Amma ilk dəfə getdik onluğa düşdük, ikinci dəfə üçlüyə düşdük, üçüncü dəfə beşliyə, dördüncü dəfə isə birinci olduq. Məncə, bu, bizim dövlətimizin gözəl bir siyasəti idi. Çox dövlətlərə də biz bunu sübut etdik».

Vüqar Camalzadə:

Vüqar Camalzadə
«İnsanların qələbə sevinci yaşamağının vaxtıdır. İstər idmanda, istər mədəniyyətdə, istərsə də inşallah, torpaqlarımızın azad edilməsində. Bu, ən böyük sevinc olacaq və biz bu günü də görəcəyik. Bu qələbə gözlənilən qələbə idi. Sadəcə, il söhbəti var idi. Biz 20 ilə yaxındır müstəqillik dövrü yaşayırıq. Dünya sivilizasiyasına, Avropa sivilizasiyasına yaxınlaşıb deməliyik ki, ay insanlar, biz aborigen zad deyilik. Yəni ağacdan düşməmişik. Bunun üçün çox az zamanımız var. Biz özümüzü bir dövlət, xalq kimi sübut etmək istəyiriksə, təbii ki, bu işləri daha tez görmək lazımdır və şükürlər olsun ki, bu işləri daha tez görə bilirik...».



«EUROVISION» HAQDA BÜTÜN YAZILARI BURADA OXUYA BİLƏRSİNİZ
XS
SM
MD
LG