Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:04

M. Kərimov: «AMEA strukturunda çalışanların yarısı təqaüd yaşına çatanlardır»


Azərbaycan Milli Elmlər Akademiyası
Azərbaycan Milli Elmlər Akademiyası
«Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) strukturunda 10 minə yaxın insan çalışır. Onların təxminən yarısına qədəri təqaüd yaşına çatan işçilərdir. Gənclərin sayı yaşlılara nisbətən azdır».

Bunu AMEA prezidenti Mahmud Kərimov Əmək Məcəlləsinə təklif olunan dəyişikliyə münasibət bildirərkən deyib. Bu dəyişiklik dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışanların yuxarı yaş həddinin 65 olmasını nəzərdə tutur.

AMEA prezidenti alimlər üçün yaş senzinin daha çox fərdi yanaşma əsasında tətbiq olunmasının tərəfdarıdır:

«Elə alimlər var ki, 65 yaşında çox məhsuldar çalışır, işləyirlər. Onların çoxlu tələbələri, aspirantları var. Burada vahid standart deyil, fərdi yanaşma olmalıdır. Elə alimlər də var ki, 60 yaşa çatmamış fəaliyyətini dayandırıb və heç bir perspektiv vəd etmir. Onları təqaüdə göndərmədən işdən azad eləmək daha yaxşı olar. Hər bir işçinin elmi fəaliyyəti və istedadı mütləq nəzərə alınmalıdır». /APA/

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG