Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:18

Vaclav Klaus İlham Əliyevlə təkbətək görüşüb


Çexiya prezidenti Vaclav Klausun mayın 17-dən Bakıda rəsmi görüşləri başlayıb. Bu gün o, azərbaycanlı həmkarı İlham Əliyevlə təkbətək görüşüb.

Azərtac-ın məlumatına görə, görüşdə ikitərəfli əlaqələrin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.

Prezidentlər Azərbaycan–Çexiya münasibətlərinin Avropa Birliyi çərçivəsində əməkdaşlıq baxımından əhəmiyyətini qeyd ediblər. Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Çex prezidentinin Azərbaycana səfəri çərçivəsində regionlara gedəcəyi, həmçinin neft terminallarından birisini də ziyarət edəcəyi gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG