Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:52

Əsgər hərbçi yoldaşını öldürüb


Azərbaycan ordusu Qazaxıstanda təlimlərdə

Azərbaycan ordusu Qazaxıstanda təlimlərdə

Azərbaycan Ordusunun əsgəri hərbçi yoldaşını öldürüb.

Hadisə Müdafiə Nazirliyinin Gəncədəki «N» saylı hərbi hissəsində qeydə alınıb.

Milli Ordunun əsgəri, 19 yaşlı Əkbər Dəmirov postda olarkən əlindəki xidməti silahı ilə davranma qaydasını kobud şəkildə pozduğu üçün atəş açılıb və hərbçi yoldaşına dəyib. 19 yaşlı Xəqani Allahverdiyev aldığı güllə yarasından ölüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev «APA»ya faktı təsdiqləyib.

Cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG