Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:44

Milli Məclisin növbəti iclasıdır


Mayın 17-də Milli Məclisin növbəti iclası keçiriləcək.

İclasda ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Qanununun tətbiqi haqqında Əsasnamə”yə, “Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında Əsasnamə”yə, Mülki, Mülki Prosessual, Cinayət, Cinayət Prosessual, Vergi, İnzibati Prosessual, Əmək və Ailə məcəllələrinə dəyişikliklər ediləcək.

“İcra məmurları haqqında”, “Banklar haqqında”, “İpoteka haqqında”, “İnzibati icraat haqqında”, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunlara da yenidən baxılacaq.

Mədəniyyət sahəsindəki boşluqların aradan qaldırılması məqsədi ilə “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” qanuna, əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə “Dövlət qulluğu haqqında” və “Əmək pensiyaları haqqında” qanunlara dəyişikliklər edilməsi, “Sosial xidmət haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi nəzərdə tutulur.

XS
SM
MD
LG