Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:38
Avstriya prezidenti Hans Fişer (Heinz Fischer) bu ilin oktyabr ayında Azərbaycana səfər edəcək.

Bu barədə «APA»ya Avstriyanın Azərbaycandakı səfiri Silviya Mayer-Kaybiç (Sylvia Meyer Kaibic) bildirib.

Səfər çərçivəsində iki ölkə arasında bir neçə saziş və memorandumun imzalanması planlaşdırılır. Sənədlər əsasən iqtisadiyyat və mədəniyyət sahəsini əhatə edəcək.

Avstriya prezidentinin səfərindən əvvəl - sentyabrda Azərbaycana Vyanadan biznesmenlərdən ibarət böyük nümayəndə heyəti gələcək. Nümayəndə heyəti Bakıda keçiriləcək Azərbaycan-Avstriya biznes forumunda iştirak edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG