Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:14

BVF-nun rəhbəri Nyu-Yorkdakı həbsxanaya köçürülür


Beynəlxalq Valyuta Fondunun rəhbəri Dominique Strauss-Kahn Nyu-Yorkdakı həbsxanaya köçürülür.

Mayın 16-da Nyu-York məhkəməsi seksual təcavüzdə ittiham olunan Fondun rəhbərini 1 milyon dollar girov müqabilində zaminə buraxmaqdan imtina edib.
Məhkəmənin qərarına görə, o, növbəti iclasa - mayın 20-ə qədər həbsdə qalacaq.

Dominique Strauss-Kahn Nyu-Yorkda bir gecəsi 3 min dollar olan dağ hotellərindən birində çalışan 32 yaşlı qadını zorlamağa cəhddə ittiham olunur.

Strauss-Kahn gələn ilin aprelində Fransada keçiriləcək prezident seçkisində Sosialist partiyasından mümkün namizəd hesab olunur.
XS
SM
MD
LG