Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:57

Çexiya prezidentinin Bakıda rəsmi görüşləri başlayır


Çexiya prezidenti Vaclav Klausun mayın 17-dən Bakıda rəsmi görüşləri başlayır. Klaus dünən Bakıya gəlib, prezident İlham Əliyev, baş nazir Artur Rəsizadə və digər yerli siyasətçilərlə görüşəcək.

Səfər zamanı enerji məsələləri müzakirə ediləcək. Çex diplomatları eləcə də başqa sahələrdə Azərbaycanla əməkdaşlıq etməyə maraqlıdır.

Vaclav Klausun regionlara səfər etməyi də gözlənilir. Bundan əlavə çex prezidenti neft terminallarından birisini də ziyarət edəcək.

Onun Bakı Slavyan Universitetinin müəllimləri və tələbələri ilə görüşü də planlaşdırılır.

Klausun səfəri çərçivəsində iki ölkə arasında bir neçə müqavilənin imzalanacağı gözlənilir.
XS
SM
MD
LG