Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:06
««Eurovision-2011» mahnı müsabiqəsindəki tarixi qələbə Azərbaycan gəncliyinin, Azərbaycan xalqının və dövlətinin qələbəsidir. İdmançılarımız müxtəlif yarışlarda qələbələrlə bizi sevindirirlər. Bu sahədə isə birinci qələbədir. Qələbədən sonra dərhal minlərlə insan küçələrə çıxıb sizin qələbənizi qeyd etdi. Azərbaycan bayrağı dalğalanırdı. Biz çox gözəl anlar yaşadıq».

Bunu prezidenti İlham Əliyev müsabiqənin qalibləri ilə görüşdə deyib. Eldar Qasımov və Nigar Camalı təbrik edən prezident deyib ki, onlar ləyaqətli təmsilçilik və bu böyük qələbə ilə bütün Azərbaycan xalqını sevindiriblər. Qələbədən sonra yaşanan gözəl anlar da bunun göstəricisi idi.

«AzərTAc» xəbər verir ki, mayın 16-da prezident İlham Əliyev xanımı Mehriban Əliyeva ilə birgə Almaniyanın Düsseldorf şəhərində keçirilmiş «Eurovision-2011» mahnı müsabiqəsinin qaliblərini qəbul edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG